“Nar” bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

single image

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar” yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim etdi. Belə ki, ötən il bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə etdilər.

Cari ilin ilk üç ayı ərzində mobil operator Bakı şəhəri və Abşeron yarımadası ərazisində 84 yeni LTE stansiyası quraşdırmış, bölgələrdə isə 63 LTE baza stansiyasını istifadəyə vermişdir. Gəncə şəhərindən sonra Ağcabədi, Göyçay, Quba, Qusar, Hacıqabul, Cəlilabad, Xaçmaz, Mingəçevir, Oğuz, Saatlı, Salyan, Şabran, Şəki, Şəmkir, Şirvan, Siyəzən, Tovuz və Zaqatala sakinləri də artıq “Nar” LTE şəbəkəsinin üstünlüklərindən faydalanırlar. Bölgələrdəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.

Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xatırladaq ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 

Popular offers
FULL 10
10
monthly
FULL 10
FULL 10
All-net-callsAll-net-calls
350 min
InternetInternet
2 GB
"Çevir" offer
"Çevir" offer
Bonuses don't burn
Bonuses don't burn
FULL 15
15
monthly
FULL 15
FULL 15
All-net-callsAll-net-calls
500 min
InternetInternet
2 GB
"Çevir" offer
"Çevir" offer
Bonuses don't burn
Bonuses don't burn
CavanNar 10
10
monthly
CavanNar 10
CavanNar 10
Minutes within tariffMinutes within tariff
550 min
InternetInternet
5.5 GB
Social Media
Social Media
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...