Services
For users
Other Applications
FluentWorldsGücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
“Nar” önümüzdəki günlərdə Bakıda keçiriləcək Formula Qran Pri yarışları ərəfəsində şəbəkəsinin optimallaşdırılması istiqamətində müxtəlif işlər görmüşdür. Mobil operator paytaxta gələcək sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün müvafiq işləri başa çatdırmışdır. Belə ki, ərazinin şəbəkə testləri tamamlanmış və şəbəkənin keyfiyyət ölçüləri müəyyənləşdirilmişdir. Bakı şəhərinin mərkəzində şəbəkə tutumu maksimum optimallaşdırılmış, 4G (LTE-A) şəbəkə tutumu və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 20-dən artıq yeni baza stansiyası quraşdırılmışdır. Yarışların keçiriləcəyi ərazilərdə şəbəkə tutumunun mükəmməlləşdirilməsi üçün yeni 6 mobil baza stansiyası işə salınmışdır.
Popular offers