Balansını artır
Balansını artır
Saatlıq internet
Saatlıq internet nəyə görə əlverişlidir, bilmək istəyirsənsə yaxın otur! Nə vaxt, nə qədər lazımdırsa, o qədər istifadə et anlayışı hər birimizin ürəyincə olar, elə deyilmi?
Təsəvvür elə ki, sən metroya minmisən və yol 20-30 dəqiqəlikdi. Elə bu vaxt internetdə bir az videolara baxmaq, dostlarına mesaj yazmaq, ya da sadəcə TikTok-da vaxt keçirmək istəyirsən. Saatlıq internet anlayışı məhz bu cür hallarda, yəni qısamüddətli, ancaq yüksək trafikli istifadə üçün yaradılıb. Yəni sənə bunun üçün 24 saatlıq paket lazım deyil. Bəzən sadəcə 30 dəqiqəlik YouTube izləmək, ya da yol boyu filmə baxmaq yetərlidir. Bu zaman saatlıq internet həm çevik, həm büdcəyə uyğun, həm də istəyə görə istifadə edilə bilər.
Saatlıq internet üstünlükləri çoxdur:
- Hər ay iri paketlərə pul ödəmirsən,
- Ehtiyac olan qədər istifadə edirsən,
- Trafik itkisinə yol vermirsən.
Bu yolla, yolda gözləyərkən və ya tələsik vəziyyətlərdə dərhal işini həll edirsən. Yəni sadəcə "vaxtına uyğun internet" əldə etmiş olursan.
Nar-dan 1 saatlıq və 3 saatlıq xüsusi təklif
Bəzən gün ərzində yalnız qısa müddətlik internetə ehtiyac olur. Yolda film izləmək, onlayn dərsə qoşulmaq və ya dostlarla sürətli ünsiyyət üçün saatlıq internet ideal seçimdir. Nar-ın təqdim etdiyi “Limitsiz 1 saat” paketi cəmi 0.90 AZN-ə sənə 1 saat boyunca sürətli və limitsiz internetdən istifadə imkanı verir. Bu paket avtomatik yenilənmir, amma gün ərzində istədiyin qədər istifadə edə bilərsən. Ehtiyac duyduğun an *777#90#YES kodunu yığ və ya Nar+ tətbiqi ilə saatlıq interneti aktivləşdir.
Daha çox vaxt üçün Limitsiz 3 saat seçimi
Əgər işin, dərsin və ya əyləncən bir az uzun çəkirsə, saatlıq internet seçimlərindən “Limitsiz 3 saat” paketi tam sənin üçündür. Bu paketə cəmi 1.90 AZN ödəməklə tam 3 saatlıq fasiləsiz internet əldə edirsən. Vaxt bitdikdə paket avtomatik deaktiv olur, amma istədiyin qədər yenidən sifariş edə bilərsən. Limitsiz 3 paketinə qoşulmaq üçün *777#91#YES yığ və ya Nar+ tətbiqindən istifadə et!
Hər iki saatlıq internet paketi ehtiyacına görə seçilə bilər. Seçim etməzdən əvvəl ehtiyacını müəyyənləşdirib uyğun paketi aktivləşdir. Limitsiz internet paketlərinin verdiyi rahatlığı sına və sürətli internetin dadını çıxart! Bu dəfə internet sənə uyğunlaşsın, sən ona yox!


