Open live chat
banner background
19.11.2025
Banner image

Rouminq internet ilə xaricdə Wi-Fi axtarışına son!

Səyahətə çıxanda ilk sualın “Wi-Fi haradadır?” olursa, deməli, bu yazı tam sənlikdir. Çünki Wi-Fi bəzən zəif olur, bəzən isə ümumiyyətlə tapılmır. Tapılsa da, təhlükəsizliyinə əmin olmaq olmur. Bir mesaj göndərmək üçün kafe-restoran gəzib şifrə axtarmaq? Artıq bu dövr bitdi. Nar rouminq internet paketləri sənə rahatlıq verən bir seçim olacaq! Hara getsən, öz mobil internetinlə sərhədsiz ünsiyyət, xəritə, sosial media və otel rezervasiyası smartfonunda olacaq.

Ehtiyacına uyğun Nar rouminq internet paketləri 📲

Əlavə ödənişlərlə sürpriz yaşamamaq, balansın gözlənilmədən bitməməsi üçün Nar fərqli ehtiyaclara uyğun dörd paket təklif edir:

  • Rouminq 200 MB - 1 gün üçün internet ehtiyaclarını qarşılayır, qiymət 3.90 AZN.
  • Rouminq 1.5 GB - 10 günlük qısa səfərlər üçün ideal seçimdir, qiymət 19.90 AZN, əlavə pulsuz WhatsApp istifadəsi də var.
  • Rouminq 5 GB - 30 günlük səyahət üçün daha çox internet həcmi verir, qiymət 34.90 AZN, əlavə pulsuz WhatsApp istifadəsi də var.

Bu paketlərlə sən həm stresssiz və həm də əlavə xərcsiz istədiyin ölkədə mobil şəbəkəyə qoşularaq rahatlıqla Google Maps-dən, sosial mediadan istifadə edə və sevdiklərinlə daim əlaqə saxlaya biləcəksən.

✈️ Rouminq internet istifadə etməzdən əvvəl bunları unutma:

  1. Rouminq xidmətini aktiv et. Bunun üçün seçdiyiniz hər bir Rouminq internet paketi üçün Nar.az və ya Nar+ tətbiqində təqdim edilən kodu yığmaq yaxud da sms göndərmək lazımdır.
  2. İnternetdən daha sürətli istifadə üçün 5G dəstəkləyən cihazdan istifadə etmək daha məqsədəuyğun olacaq.
  3. Nar+ tətbiqi ilə balansına tam nəzarət et. Paket statusuna bax, ehtiyac olarsa əlavə xidmətləri də buradan aktivləşdir.

Sərhəddən kənarda da sərfəli və təhlükəsiz internet səninlə! Səyahət planların varsa, haraya getsən də, Nar nömrənlə ölkə xaricində rahat və sərfəli əlaqə qurmağın artıq mümkündür! Nar.az və ya Nar+ tətbiqi üzərindən ölkəni və abunə növünü (öncədən ödənişli və ya sonradan ödənişli) seçərək bütün rouminq təfərrüatlarına əvvəlcədən baxa, planını rahat qura bilərsən. Növbəti səyahətində Wi-Fi axtarmaq əvəzinə, Nar rouminq internet paketini aktiv et və səyahətinin dadını çıxar. Rahatlıq, təhlükəsizlik və sərfəli qiymət bir arada olacaq. Çünki Nar hər yerdə səninlədi!

Loading...