Open live chat
banner background
30.10.2025
Banner image

Nar “Çoox Şanslı” Lotereyası nədir?

Nar “Çoox Şanslı” Lotereyası: Nədir və Necə İşləyir?

Heç düşünmüsənmi ki, gündəlik danışığın, internet istifadən və balans artırmağın sənə böyük hədiyyələr qazandıra bilər? Bəli, bu Nar-ın “Çoox Şanslı” lotereyası ilə tamamilə mümkündür! Bunun üçün Dəqiqə+ paketlərindən birini aktivləşdir və ya balansını artır, sonra isə qaliblər sırasına düşmək şansını əldə et!

Nar “Çoox Şanslı” Lotereyası Nədir?

Bu lotereya Nar-ın abunəçilərinə özəl keçirilən böyük və həyəcanlı kampaniyadır. Lotereyanın prinsipi isə çox sadədir: Dəqiqə+ paketini aktiv et və ya balansını artır və sən artıq iştirakçısan! Hər aktivləşdirdiyin paket sənə əlavə şans qazandıraraq səni smartfon və avtomobil kimi böyük hədiyyələrə bir addım da yaxınlaşdırır.

Bəs Necə Qoşulmaq Olar?

İştirak qaydası çox sadədir. Sadəcə Nar+ tətbiqinə daxil ol, sənə uyğun Şanslı paketini seç və bir toxunuşla aktivləşdir. İstəsən USSD kodlarını yığaraq qoşula bilərsən. Paket aktiv olduğu anda sən artıq Nar lotereyanın rəsmi iştirakçısısan. Heç bir qeydiyyat, sənəd və ya gözləmə yoxdur! Hər şey sadə, rahat və sürətlidir.

Hədiyyələr Nələrdir?

Lotereya üç mərhələdə keçirilir və hər mərhələdə fərqli hədiyyələr səni gözləyir:

● Gündəlik tirajlar: Hər gün bir Nar istifadəçisi Xiaomi Redmi Note 14 Pro smartfonu qazanır.

● Həftəlik tirajlar: Hər həftə bir qalib Haval H6 Ultra avtomobilinə sahib olur.

● Final tirajı: Ən böyük mükafat isə 2026-cı il yanvarın 7-də keçiriləcək finalda təqdim ediləcək - burada Li Auto L9 Ultra avtomobillərindən biri səni gözləyir! Ən maraqlısı odur ki, gündəlik və həftəlik qaliblər də final mərhələsində yenidən iştirak edə bilirlər. Yəni, bir neçə dəfə qalib gəlmək mümkündür!

Kimlər İştirak Edə Bilər?

Fərq etmir istər yeni Nar istifadəçisi ol, istər uzunmüddətli abunəçi. “Çoox Şanslı” Lotereyası bütün Nar istifadəçiləri üçün açıqdır. Sadəcə Dəqiqə+ paketini aktiv et və şansını yoxla.

Loading...