icon
banner background
15.12.2025
Banner image

Mobil İnternet - İnternet Trafiki Nar İlə Daha Sərfəli!

Ödəniş kartları ilə balans artımı

Sənin də başına gəlib? Dostlarla yazışırsan, ya da bir videoya baxırsan, birdən "balansınız bitmişdir" mesajı gəlir.

Bu çox əsəbverici olur, düzdür? Amma əslində məsələni bir neçə dəqiqəyə həll etmək mümkündür. Əlində sadəcə bir ödəniş kartı olsun, vəssalam. Nar istifadəçisisənsə, balans artımı üçün sadəcə bir neçə addım kifayətdir. Kart məlumatlarını daxil elə, məbləği seç və təsdiqlə. Bu qədər sadə! İstər bank kartı, istərsə də virtual ödəniş vasitələri olsun, hamısı sənin işinə yaracaq. Burada həm rahat, həm də sürətli həll yollarından birini seçə bilərsən.

Bəs səncə, bu üsul sənin gündəlik həyatında işə yarayırmı? Hansı ödəniş üsulu sənin üçün daha əlverişlidir? Aşağıda bir neçə alternativlər təklif edəcəyik, onlara da nəzər sal və qərarını elə ver!

Mobil internetdə nəyə əsasən trafik tükənir?

“Birdən internet qurtardı, heç nəyə baxmamışdım axı…” cümləsini çox güman ki, sən də işlətmisən. Mobil internet istifadəsi bəzən bizə görünməyən şəkildə trafiki udur. Ən çox interneti bitirən bəs nələrdir? Gəlin, birlikdə baxaq:

  • Yüksək keyfiyyətli videolar,
  • Arxa planda avtomatik yenilənən tətbiqlər,
  • Bulud ehtiyat nüsxəsi və hətta... hava proqnozu tətbiqi belə!

Bəli, düz oxudun, bəzən sadə görünən şeylər internet trafikinə böyük təsir göstərir. Sən öz telefonunda hansı tətbiqin ən çox trafik sərf etdiyini bilirsənmi? Bunun üçün sadalanan tətbiqlərə diqqət edin və trafikinizi nəzarətdə saxlayın.

Video izləmə və trafik istehlakı ya da istifadəsi

Sadəcə 10 dəqiqəlik video izlədin və sonra “mobil internet niyə bu qədər tez bitdi?” deyə düşündünmü? Əgər HD və ya Full HD formatda videolara baxırsansa, bu, çox normaldır. Bir saatlıq 1080p video 1-1.5 GB internet trafiki bitirə bilər. Əgər Wi-Fi yoxdursa və yalnız mobil internet istifadə edirsənsə, videoları 480p və ya 360p keyfiyyətdə izləmək daha ağıllı seçim hesab edilir. Nar istifadəçiləri üçün müəyyən kampaniyalarda video izləmək üçün əlavə internet paketləri təqdim olunur ki, belə fürsətləri qaçırmaq olmaz. Səncə, növbəti dəfə film izləyəndə keyfiyyəti bir az azaltmağa dəyərmi? Bu seçimi yoxlayaraq videolarını izləməyə davam et və internetin nə qədər sərf olunacağını özün sınaqdan keçir!

Sosial media istifadəsinin trafikə təsiri

Facebook, Instagram, TikTok, YouTube sadəcə əyləncə platformaları deyil, həm də internet trafiki canavarlarıdır deyə bilərik! Ardıcıl videolar, reels-lər, canlı yayımlar... hər biri mobil interneti ciddi şəkildə tükədir. Təcrübə göstərir ki, sosial media tətbiqləri gün ərzində ən azı 1-2 GB trafik istifadə edə bilər. Əgər avtomatik video açma funksiyası aktivdirsə, bu rəqəm daha da arta bilər. Sadə yol olaraq sənə bunu tövsiyə edə bilərik:

  • Tətbiq ayarlarına gir,
  • Avtomatik açmanı söndür,
  • Mobil rejimi aktiv et.

Görəsən, sən bu ayarları yoxlamısanmı? Əgər hələ də sadalanan parametrləri yoxlamamısansa, elə indi mobil cihazında bu sazlamaları yoxla və trafikə nəzarət et!

Fərqli cihazlarda internet istifadəsi

Telefon, planşet, smart TV, hətta smart saat belə internetlə işləyir. Amma məsələ budur ki, hər cihaz internet trafikini fərqli istifadə edir. Məsələn, telefon sadə bir app yeniləməsi üçün az trafik istifadə edə bilər, amma planşetdə eyni app HD video ilə yanaşı çalışırsa, trafik də demək olar ki, işıq sürəti ilə bitir. Bəzən mobil interneti başqa cihazla paylaşanda, onun nə qədər trafik çəkəcəyini düşünmürük. Bu da balansa ciddi təsir edir. Bəs sən mobil internet paylaşımı istifadə edəndə hansı cihaz daha çox trafik yeyir, bilirsənmi? Bunun üçün xüsusi araşdırma etməyə dəyər! Aşağıda trafiki azaltmaq üçün bəzi effektiv yollar haqqında məlumat verəcəyik.

Trafiki azaltmaq üçün effektiv yollar

İndi keçək əsas yerə! Necə edək ki, internet trafiki bu qədər tez tükənməsin? Sənin üçün bir neçə faydalı ipucu təqdim edirik:

  1.  Avtomatik yenilənmələri söndür. Play Store, App Store yeniləmələri yalnız Wi-Fi ilə icra edilsin. Bu zaman internetin daha vacib ehtiyaclara istifadə oluna bilər.
  2. Video keyfiyyətini azaldın. YouTube, TikTok və digər tətbiqlərdə video keyfiyyətini 360p və ya 480p seç. Bu zaman internetin gec tükənəcək.
  3. Data Saver rejimini aktiv et. Həm Android, həm iOS cihazlarda Data Saver funksiyası mövcuddur ki, onu aktiv və deaktiv etmək mümkündür.
  4. Sosial mediada avtomatik videoları deaktiv et. Bu zaman internet istifadəsini idarə etmək daha asan olacaq.
  5. Əlavə internet paketlərindən istifadə et. Nar mütəmadi olaraq sərfəli mobil internet paketləri təqdim edir.

Məsələn, Gecə limitsiz olan “11 GB, 22 GB, 42 GB” paketləri, “Limitsiz 1 saat və Limitsiz 3 saat” və ya “Günlük 1GB” kampaniyaları və s. Sənə uyğun internet paketini seçərək, ehtiyacın olan mobil internetə asanlıqla sahib ola bilərsən. Yəni istəsən, həm mobil internetə qənaət edərsən, həm də rahatlıqla internetdən istifadə edə bilərsən. Sadəcə tövsiyə etdiyimiz tənzimləmələri etmək kifayət olacaq!

Loading...