3 in 1 AZE
3 in 1 AZE

3-ü 1-də

Həftəlik paketlə bonus dəqiqə, SMS və İnternet əldə et!
3-ü 1-də tarifinə qoşulduqda sən həftəlik 2.80 AZN ödəməklə ünsiyyətin üçün lazım olan bonus dəqiqə, SMS və İnterneti sərfəli paket şəklində əldə edirsən.
  • Qiymətlər

    Tarifə qoşulduğun andan etibarən sənə şəbəkədaxili 150 dəqiqə və 150 SMS, şəbəkəxarici 50 dəqiqə və 50 SMS, 200 MB internet trafiki təqdim olunur və balansından 2.80 AZN çıxılır.

    Təqdim olunan dəqiqə, SMS və internet trafiki bitdikdən sonra isə qiymətlər aşağıdakı cədvəl üzrə hesablanır:

    Xidmət Qiymət (AZN)
    Ölkədaxili zəngin dəqiqəsi 0.06
    Ölkədaxili SMS 0.03
    İnternet (1 MB) 0.20

    7 gün bitdikdən sonra balansında kifayət qədər məbləğ olduğu halda bonuslar avtomatik olaraq yenilənir. Balansında kifayət qədər məbləğ olmadıqda isə tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün qiymətlər aşağıdakı cədvəl üzrə hesablanır:

    Xidmət Qiymət (AZN)
    Ölkədaxili zəng dəqiqəsi 0.08
    Ölkədaxili SMS 0.06
    İnternet (1 MB) 0.25

    Qeyd: Bu qiymətlər qısa nömrələrə edilən zənglərə şamil olunmur. 

  • Qeydlər
    • “3-ü 1-də” tarifi çərçivəsində təqdim olunan dəqiqə, SMS və internet trafikinin istifadə müddəti 7 gündür;
    • Tarifə qoşulan abunəçilər “Sevimli nömrə” xidmətinə qoşula bilərlər;
    • Bonus qalığını yoxlamaq üçün *777#27#YES və ya *777#20#YES kodunu yığmaq lazımdır;
    • 7 gün sonra “3-ü 1-də” tarif planının bonusları avtomatik olaraq silinəcək;
    • 8-ci təqvim günündə saat 00:30 etibarilə balansında 2.80 AZN miqdarındakı abunə haqqını ödəmək üçün vəsait varsa, abunə haqqı balansından çıxılır və abunəçi paket daxilindəki dəqiqələri, SMS və data trafikini növbəti 7 gün üçün alır;
    • 8-ci təqvim günündə saat 00:30 etibarilə balansında 2.80 AZN miqdarındakı abunə haqqını ödəmək üçün lazımi qədər vəsait yoxsa, abunəçi paket daxilindəki dəqiqələri, SMS və data paketini almır. Bu halda, abunəçi mövcud bonus müddətinin sonunadək qalan bonuslardan istifadə etməyə davam edir. Bu müddət ərzində abunəçi bonus balansını yoxlamağa cəhd edərsə, müvafiq mesajı ala bilməyəcək;
    • Tələb olunan abunə haqqı balansdan çıxıldığı zaman istifadəçi tarif çərçivəsindəki dəqiqələri, SMS və data trafikini əldə edəcək;
    • “3-ü 1-də” Tarif Planı çərçivəsində, təqvim günü qaydası tətbiq olunur: abunə olunan gün, aktivləşdirmə saatından asılı olmayaraq paket dövrünün ilk günü olaraq sayılır.
    • "3-ü 1-də" tarifi daxilində internet üçün hesablama intervalı 40 kb-dır.
    • Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.
    • Bonus təqdim edilən tarif planından digər tarifə keçdikdə qalıq bonuslar ləğv edilir.
    • Balansını yoxlamaq üçün sadəcə *100#YES kodunu yığmağın və ya B yazaraq 777-ə SMS göndərməyin kifayətdir. Göndərilən hər sorğu üçün 0.01 AZN çıxılır.
    Nar nömrə ilk dəfə aktivləşdikdə, “Hava proqnozu” nömrədə avtomatik olaraq aktivləşir.  “Hava proqnozu” xidmətindən istifadə ilk 15gün pulsuzdur. 15 gün bitdikdə “Hava proqnozu” üçün gündəlik xidmət haqqı 0.09 AZN təşkil edəcək. “Hava proqnozu” xidmətini dayandırmaq üçün STOPWPR+ yazıb, 5550 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. 
Qoşulma

“3-ü 1-də” tarifinə qoşulmaq üçün aşağıdakı üsullardan birini seçə bilərsiniz:

  • 3” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək;
  • *777#26#YES kodunu yığmaq

Cari tarif haqqında məlumat əldə etmək üçün *777#230#yes kodunu yığmaq kifayətdi

Nar-a təzə gəlib və “3-ü 1-də” tarifinə qoşulan yeni abunəçilərə tarif çərçivəsində 2 AZN dəyərində balans hədiyyə olunur. Bu məbləğ ölkədaxili bütün istiqamətlərə zənglər  və SMS üçün istifadə oluna bilər.

Ən çox verilən suallar
  • İndi hansı tarifdə olduğumu necə öyrənim?

    Bunun üçün telefonun ekranında *777#230#YES kodunu yığmağın kifayətdir.

  • Hesablama intervalı nədir?
    Hesablama intervalı müəyyən tarif çərçivəsində edilən zəng müddətinin yuvarlaşdırıldığı rəqəmə deyilir.
    Məsələn, seçdiyin tarifin 1 dəqiqəsinin qiymətini 4 qəpik olaraq götürək. Əgər bu tarif çərçivəsində hesablama intervalı 30 saniyədirsə, bu zaman sən 30 saniyədən qısa danışdığın zənglərə görə 2 qəpik, 30 saniyədən 60 saniyəyə qədər olan zənglərə isə 4 qəpik ödəyirsən. Əgər bu tarifdə hesablama intervalı 60 saniyədirsə, sən 1 saniyədən 60 saniyəyə qədər olan zəng üçün 4 qəpik ödəyirsən.
  • Tarifimi necə dəyişim?

    Sən tarifini istənilən an dəyişə bilərsən. Yeni aldığın nömrə aktivləşdirildiyi andan etibarən birinci tarif dəyişikliyi ödənişsiz həyata keçirilir.
    Sonrakı bütün tarif dəyişiklikləri ödənişlidir. Aşağıdakı cədvəldə bir tarifdən digərinə keçidin ödənişləri ilə tanış ola bilərsən:

    Tarifdən

    Tarifə

    Danışır Bakı
    (AZN)

    Unikal
    (AZN)
    Limitsiz
    (AZN)
    3-ü 1-də
    (AZN)
    Super 0
    (AZN)

    Yerlim
    (AZN)

    Full
    (AZN)

    CavanNar 6
    (AZN)

    CavanNar 9
    (AZN)
    Danışır Bakı - 1.95 0.95 0.00 0.95 1.95 0.00 0.00 0.00

    Unikal

    0.95

    -

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    Ölkəm

    0.95

    1.95

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    CavanNar

    0.95

    1.95

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    Saniyə

    0.95

    1.95

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    Bumeranq

    0.95

    1.95

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    “0”

    0.95

    1.95

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    Limitsiz

    0.95

    1.95

    -

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    3-ü 1-də

    0.95

    1.95

    0.95

    -

    0.95

    1.95

    0.00 0.00 0.00

    Sənin 3-ün 

    0.95

    1.95

    0.95

    0.00

    0.95

    1.95

    0.00 0.00 0.00

    Super 0

    0.95

    1.95

    0.95

    0.00

    -

    1.95

    0.00 0.00 0.00
    Salam 0.95 1.95 0.95 0.00 0.95 1.95 0.00 0.00 0.00
    3-ü 1-də aylıq 0.95 1.95  0.95 0.00 0.95 1.95 0.00 0.00 0.00
    Yerlim 0.95 1.95 0.95 0.00 0.95 1.95 0.00 0.00 0.00
    Full 1.00 1.00 1.00 1.00 1.00 1.00 - 1.00 1.00
    CavanNar 6
    1.00
    1.00 1.00 1.00 1.00 1.00 0.00 - 0.00
    CavanNar 9
    1.00
    1.00 1.00 1.00 1.00 1.00 0.00 0.00 -
Populyar Tariflərimiz
  • Full 9

    Full 9

    - 300 ölkədaxili dəqiqə

    - 100 Fulldaxili dəqiqə

    - 1.5 GB

    Cəmi 9 AZN

    Ətraflı
  • Limitsiz

    Limitsiz

    Nar abunəçiləri ilə ürəyin istəyən qədər danış!

    Ətraflı
  • Unikal

    Unikal

    Ölkədaxili bütün istiqamətlərə zəngin dəqiqəsi 4 qəpik! 

    Ətraflı
  • Yerlim

    Yerlim

    Öz bölgəndən etdiyin zənglərin dəqiqəsi 1 qəpik!

    Ətraflı