Nar nüfuzlu sosial media mükafatına layiq görüldü

Buna səbəb mobil operatorun sosial şəbəkələr üzərindən göstərdiyi aktiv fəaliyyətdir. Müştərilər “Twitter”, “Facebook” və digər sosial şəbəkələrdə “Nar”-ın maraqlı paylaşımlarını izləyə, həm də onları maraqlandıran sualları birbaşa yaza bilərlər. Belə ki, “Nar” sosial şəbəkələr üzərindən tam şəkildə müştəri xidməti göstərən ilk və hazırda yeganə mobil operatordur. İnternet istifadəçiləri heç bir məkan fərqi olmadan “Nar”-a yaza və üçüncü tərəfə yönləndirmə olmadan, birbaşa xidmətlərdən yararlana bilər.

“Twitter” istifadəçilərinin “Nar”-a yazdıqları sorğular təkcə xidmətlərlə məhdudlaşmır. “Twitter” istifadəçiləri “Nar” ilə bağlı istədikləri mövzuda səhifəyə yazır və geri dönüş ala bilir. Bunun nəticəsində, 2016-cı ilin göstəricilərinə əsasən “Nar”-ın izləyicilərinin hər 1000 nəfərə görə aktivliyi orta hesabla 544 olub. İzləyici aktivliyinə görə “Nar”-ın “Twitter” səhifəsi ölkədə ən aktiv korporativ səhifədir.

Bundan başqa, 2016-cı ildə, “Nar”-a sosial şəbəkələr üzərindən müraciətlərin sayı 2015-ci illə müqayisədə 84% artmışdır. Sorğuların artmasına baxmayaraq, istifadəçilərə göstərilən xidmətin də keyfiyyəti yüksəlmişdir; “Facebook”-un göstəricilərinə əsasən, daxil olan sorğuların 98%-i bir neçə dəqiqə ərzində cavablandırılır.

“Nar” təkcə “Twitter”, “Facebook”, “YouTube” və “Instagram”-da deyil, hətta Google+, Soundcloud kimi sosial şəbəkələr üzərində də aktiv fəaliyyət göstərir. Sosial şəbəkələr üzərindən yüksək keyfiyyətli xidmət göstərmək, eləcə də izləyicilər üçün maraqlı məzmunların paylaşılması “Nar”-ın müştəri yönümlü xidmət strategiyasının tərkib hissəsidir. Bu strategiyanın məntiqi nəticəsi kimi “Nar” Azərbaycanın nüfuzlu sosial media mükafatı olan “Bomba” mükafatına layiq görüldü. Bomba mükafatı 2016-cı ildə “Twitter”, “Facebook”, “YouTube” və ”Instagram” səhifələrində ən yaxşı və aktiv fəaliyyət göstərən bloqqer, istifadəçi  və şirkətlərə verilir. Mükafata bütün nominasiyalar üzrə namizədlər sosial şəbəkələr üzərindən aparılan səsvermə ilə seçilir. Daha sonra münsiflər heyəti bu namizədlər arasından qalibləri seçir. Səsvermələrə əsasən, Nar “ilin ən yaxşı “tweet”-i”, “ən yaxşı korporativ “Instagram” səhifəsi” və “ən yaxşı korporativ “Facebook” səhifəsi” nominasiyalarında təmsil olunurdu.

Artıq bir neçə ildir ki, internet istifadəçiləri “Nar”-ın kampaniyaları və yeniliklərindən xəbər tutmaq, müştəri xidmətlərinə yazmaq və ya sadəcə maraqlı paylaşımları izləmək üçün “Nar”-ın “Twitter”, “Facebook”, “YouTube”, “Instagram” və digər sosial şəbəkələrdəki səhifələrini izləyir.

slider image
slider image
Populyar təkliflərimiz
FULL 9
9
ayda
FULL 9
FULL 9
Ölkədaxili zənglərÖlkədaxili zənglər
300 dəq.
İnternetİnternet
1.5 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
FULL 14
14
ayda
FULL 14
FULL 14
Ölkədaxili zənglərÖlkədaxili zənglər
450 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
CavanNar 9
9
ayda
CavanNar 9
CavanNar 9
Tarifdaxili zənglərTarifdaxili zənglər
500 dəq.
İnternetİnternet
5 GB
Sosial şəbəkələrSosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5 GB
Loading...