19.06.2023-cü il tarixindən etibarən, S internet paketinin istifadə müddəti 15 gün deyil, 10 gün olacaqdır.
19.06.2023-cü il tarixindən etibarən, S internet paketinin istifadə müddəti 15 gün deyil, 10 gün olacaqdır. Paketə daxil olan internet trafiki isə artırılaraq 250 MB təşkil edəcəkdir. Trafik bitdikdən sonra paketin istifadə müddətinin sonuna qədər maksimal 64 kb/s sürətlə internetdən istifadə mümkün olmayacaqdır və internetdən istifadənin dəyəri 1 MB üçün 0.02 AZN olaraq hesablanacaqdır.
19.06.2023-cü tarixindən etibarən, XS, M, L və L+ internet paketlərində trafik bitdikdən sonra paketin istifadə müddətinin sonuna qədər maksimal 64 kb/s sürətlə internetdən istifadə mümkün olmayacaqdır.
XS və M paketlərində trafik bitdikdən sonra internetdən istifadənin dəyəri 1 MB üçün 0.02 AZN olaraq hesablanacaqdır. L və L+ paketlərində isə trafik bitdikdən sonra internetdən istifadənin dəyəri 1 MB üçün 0.005 AZN olaraq hesablanacaqdır.