banner

Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Sosial fəaliyyətimizlə insanlara həqiqi fayda verən perspektivli layihələr həyata keçirir, BMT Qlobal sazişinin bir üzvü kimi dayanıqlı inkişaf məqsədlərini əsas tutaraq cəmiyyətdə nəzərəçarpan və hərtərəfli dəyişikliklər yaradırıq.

Korporativ Sosial Məsuliyyət və sponsorluq strategiyamız

Fəaliyyət göstərdiyimiz cəmiyyətin ehtiyaclarını araşdırır və iqtisadi, sosial və ekoloji dayanıqlılıq arasında tarazlığı təmin etmək məqsədilə ölkə üçün mühüm əhəmiyyət kəsb edən sosial layihələrə müəlliflik edir, nəticəyönümlü, aktual, müsbət dəyişikliklərə gətirən layihələr həyata keçiririk. “Nar”ın uzunmüddətli KSM və sponsorluq layihələri üçün əsas istiqamətləri bunlardır:

  • Təhsil və inkişaf
  • Milli-mənəvi irs və vətənpərvərlik
  • Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası

Layihələrini “Nar” mobil operatoruna təqdim etmək istəyən təşkilatlar əlavə edilmiş faylı doldurmalı və onu [email protected] elektron ünvanına göndərməlidirlər.

Bu keçid vasitəsiylə sponsoru olduğumuz layihələrlə tanış ola bilərsiniz.

Layihələrimiz
Daha çox
Narın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
19.06.2025Narın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

Sərfəli rabitə xidmətləri təqdim edən Nar, eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir. Belə ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilən “Təlim Məktəbi” layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib.

Ətraflı
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
02.06.2025“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu

Sərfəli xidmətləri ilə tanınan “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maarifləndirici kampaniyaya tərəfdaşlıq edərək, uşaqların hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılmasına dəstək verib.

Ətraflı
Narın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı
26.05.2025Narın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı

Sərfəli xidmətləri ilə abunəçilərinə ən yaxın mobil operator olan Narın əsas tərəfdaşlığı ilə keçirilən “TEDxSumgait” tədbiri bu il də ilhamverici çıxışlar və maraqlı ideyalarla yadda qaldı. Təxminən 500-dən çox iştirakçının qatıldığı tədbirdə 8 spiker səhnəyə çıxaraq builki mövzu – “Təsadüf | Kəpənək effekti” barədə şəxsi təcrübə və baxışlarını bölüşdülər.

Ətraflı
Media ilə əlaqələr
Hörmətli jurnalistlər və bloqqerlər, media ilə bağlı sual və müraciətlərinizi göndərə bilərsiniz.
/media/uploads/icons/Icons_1_2TbP6Vs.svg
Bizə yazın[email protected]
Loading...
Mövzu*
Media ilə əlaqələr
  • Media ilə əlaqələr
Loading...