Qaliblər tam ədalətli şəkildə, təsadüfi üsulla random.org vasitəsilə seçilir.
Qaliblərin elan edilməsi və müraciət:
Qaliblərin adları elan edildikdən sonra, hədiyyələrini əldə etmək üçün 1 həftə müddətində ismarıc bölməsindən bizimlə əlaqə saxlamalıdırlar.
1 ay ərzində müraciət etməyən şəxslərin qalibiyyəti ləğv edilə bilər
Profil məlumatları:
Qaliblər elan olunana və hədiyyə təhvil verilənə qədər profil adlarını və ya linklərini dəyişməməlidirlər. Bu, qalibin müəyyənləşdirilməsi üçün vacibdir.
Müsabiqə üçün form doldurulduğu zaman bütün məlumatlar düzgün qeyd edilməlidir. Əks halda iştirak ləğv edilə bilər
Hədiyyənin alınması:
Hədiyyəni əldə etmək üçün qalib seçilən şəxs öz sosial media profilini və ya qalib seçilən nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Digər şərtlər:
Müsabiqədə iştirak edən hər kəs yuxarıda göstərilən şərtləri qəbul etmiş sayılır.
Müsabiqə "Nar" tərəfindən təşkil olunur və heç bir sosial media platforması ilə əlaqəli deyil.
"Nar" müsabiqənin şərtlərini dəyişdirmək və ya müsabiqəni ləğv etmək hüququnu özündə saxlayır.
Müsabiqədə iştirak edən şəxsin yaş həddi 18+ olmalıdır.