zengleri yonlendir
zengleri yonlendir

Zəngləri yönləndir

Öz nömrənə gələn zəngləri başqa nömrəyə yönləndir!

"Zəngin yönləndirilməsi" xidmətilə sən nömrənə daxil olan zəngləri digər mobil nömrəyə, həmçinin, şəhər xəttinə və ya səsli mesaja yönləndirə bilərsən.

4 növ zəng yönləndirilməsi mövcuddur:

  • Tam yönləndirmə
  • Cavab olmadıqda zəngin yönləndirilməsi
  • Abunəçiyə zəng çatmadıqda zəngin yönləndirilməsi
  • Telefon məşğul olduqda zəngin yönləndirilməsi
  • Qeydlər
    • Bu xidmətin aktiv olması telefonunuzdan zəng edilməsi üçün maneə yaratmır.
    • Zəngin yönləndirilməsi xidməti bütün Nar abunəçiləri üçün avtomatik olaraq təmin edilir.
    • Zəngin yönləndirilməsi ödənişli xidmətdir. Tarifə əsasən bütün yönləndirilmiş zənglər üçün haqq yönləndirilmə istiqamətinə çıxan zənglər kimi tutulacaq.
  • Qoşulma

    Tam yönləndirmə:

    Tam yönləndirmə gələn bütün zənglərin müəyyən edilmiş nömrəyə yönləndirilməsini təmin edir və bu zaman telefon zəng qəbul etmir. Bu xidmət telefon söndürüləndə işlək olur. Tam yönləndirmə xidməti aktivləşdiriləndə digər aktivləşdirilmiş xidmətlər avtomatik olaraq ləğv edilir. Daxil olan zəngləri qəbul etmək üçün bu xidmət ləğv edilməlidir.

    • Aktivləşdirmə: **21*+994nömrə#YES
    • Xidmətin statusunu yoxlama: *#21#YES
    • Xidmətin ləğv edilməsi: #21#YES

    Cavab olmadıqda zəngin yönləndirilməsi:

    Siz təyin edəcəyiniz intervallarda (5, 10, 15, 20, 25 və ya 30 saniyə) telefona cavab vermirsinizsə, zəng müəyyən edilmiş nömrəyə yönləndiriləcək. Bununla belə, Siz interval təyin etmirsinizsə, sistem 30 saniyə intervalını quracaq, digər interval seçimləri telefonun menyusundan seçilə bilər.

    • Aktivləşdirmə: **61*+994nömrə#YES
    • Xidmətin statusunu yoxlama: *#61#YES
    • Xidmətin ləğv edilməsi: #61#YES

    Abunəçiyə zəng çatmadıqda və ya telefon məşğul olduqda zəngin yönəldilməsi:

    Bu xidmət Siz əhatə dairəsindən kənarda olduqda və ya telefonu söndürdükdə gələn zənglərin müəyyən edilmiş nömrəyə yönəldilməsini təmin edir. Abunəçi telefonu söndürdükdə, zənglər adi qaydada qəbul edilir.

    • Aktivləşdirmə: **62*+994nömrə#YES
    • Xidmətin statusunu yoxlama: *#62#YES
    • Xidmətin ləğv edilməsi: #62#YES

    Mobil telefon məşğul olduqda zəngin yönləndirilməsi:

    Zəngi qəbul edən kimi dərhal yes düyməsini basırsınızsa və ya telefonunuz məşğuldursa, gələn zənglər müəyyən edilmiş nömrəyə yönəldilir.

    • Aktivləşdirmə: **67*+994nömrə#YES
    • Xidmətin statusunu yoxlama: *#67#YES
    • Xidmətin ləğv edilməsi: #67#YES

    Zəngin yönləndirilməsinin bir neçə növünü seçdiyiniz zaman əsas yönləndirmə rejimi kimi tam yönləndirilmə işləyəcək.
    Zəngləri yönləndirilməsi üçün seçilən nömrə beynəlxalq zəng formatında daxil edilməlidir:
    {ölkə kodu}{şəhər və ya mobil operatorun kodu}{telefon nömrəsi}

    Yeni yönləndirməni aktivləşdirmək üçün əvvəlkini ləğv etməli və sonra yenisini aktivləşdirməlisiniz.
    Bütün növ yönləndirməni ləğv etmək üçün mobil telefonun ekranında aşağıdakı kodu yığmaq olar: ##002#YES

Ən çox baxılanlar
  • Nömrəni gizli saxla

    Nömrəni gizli saxla

    Zəng etdiyin şəxsdən nömrəni gizlət!

    Ətraflı
  • Konfrans Zəng

    Konfrans Zəng

    Bir zəng zamanı bir neçə şəxslə danış!

    Ətraflı
  • Buraxdığın zəngləri gör

    Buraxdığın zəngləri gör

    Telefonun sönülü olduqda və ya zəng çatmadıqda kimlərin zəng etdiyini öyrən!

    Ətraflı
  • Mənə zəng et

    Mənə zəng et

    Balansın yoxdursa, dostuna de, zəng etsin!

    Ətraflı