Bakı&Abşeron TV

Bakı&Abşeron TV

TV üçün aylıq yox, günlük ödə!

BBTV-nin texniki dəstəyi ilə təqdim etdiyimiz naqilsiz rəqəmsal TV xidməti hal-hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Xidmətə qoşulmaq üçün əlavə naqilin çəkilməsinə ehtiyac yoxdur. Yaşadığın ünvanda TV antennanın mövcudluğu, teleqülləyə və ya ötürücü stansiyalarla birbaşa görüntünün olması kifayət edir.

Hissəli ödəmə sistemi vasitəsi ilə isə aylıq deyil, xidmətdən yararlandığın gün sayına görə ödəniş etmək imkanın olacaq. Bununla da ay ərzində istifadə etmədiyin günlərin xərclərinə qənaət edə biləcəksən.

  • TV paketlər

    Naqilsiz rəqəmsal TV xidmətimizlə 100-dən çox kanala baxa biləcəksən. Silver, Gold və 18+ olmaqla sənə 3 TV paketi təklif edirik. 18+ məzmunlu paketi yalnız Silver və ya Gold paketi ilə birgə sifariş edə bilərsən. İstəyinə uyğun paketi seçmək və qiymətlərlə tanış olmaq üçün buraya daxil ola bilərsən. 

  • Cihazlar

    Seçdiyin kanalları izləmək üçün STB (TV tuner) cihazı tələb olunur. Cihazın qiyməti 50 AZN-dir. Lakin seçdiyin TV paketin 5 aylıq abunə haqqını öncədən ödədiyin halda STB (TV tuner) cihazını pulsuz əldə edə biləcəksən.

    Cihazlar itirildikdə, zədələndikdə və ya yararsız hala düşdükdə, cihazları aşağıdakı qiymətlərlə əldə edə bilərsən:

    Cihaz Qiymət
    Smart – kart 10 AZN
    Dekoder pultu 10 AZN
    Qida bloku  10 AZN
    STB (TV tuner)  50 AZN
  • Ödəniş üsulları
    Xidmətlərə görə ödənişi şəhərdə yerləşdirilmiş MilliÖn, EasyPay terminallarından, Hesab.az (GoldenPay), Portmanat.az, Kassam.az saytlarından, Xalq Bank-ın bütün filiallarından və AzeriCard elektron ödəniş sisteminə malik bütün bankların bankomatlarından (ATM-lərindən) həyata keçirə bilərsən.
  • Əlavə xidmətlər
    Xidmət növü Qiymət
    Eyni ünvanda əlavə qoşulmuş televizorların aylıq abunə haqqı Pulsuz
    Bir paketdən digər paketə keçid Pulsuz
    Zəmanət müddətində 2 dəfə texniki xidmətin göstəriliməsi Pulsuz
    Zəmanət müddəti qurtardıqdan sonra texniki xidmətin göstərilməsi 10 AZN
    Eyni ünvanda mövcud dekoderə əlavə hər bir televizorun qoşulma haqqı 10 AZN
    Ekspress quraşdırma və ya texniki xidmətin təyin edilməsi və icrası (1 gün ərzində) 20 AZN
    Avadanlığın digər ünvana köçürülməsi 20 AZN
    Avadanlığın digər ünvana qeyri-rəsmi köçürülməsinə görə cərimə 30 AZN
    Yerində baxış və texniki problemlərin həll edilməsi (abunəçinin məsulliyyəti daxilində)* 10 AZN
    STB-nin (TV tunerin) diqər otağa kecirilməsi 10 AZN
    Təmir edilmiş STB-nin (TV tunerin) ünvana qoşulması 10 AZN
    Kanalların yığılması (Yeni quraşdırma istisna olmaqla) 10 AZN
    AV rejimdə çətinliyin aradan qaldırılması 10 AZN
    Kabelin dəyişdirilməsi** 10 AZN (xidmət haqqı)  0.50 AZN (hər 1 m kabel üçün)
    Antennanın əvəzlənməsi *** 59 AZN

    *Xidmətə görə ödəniş çətinlik yerləşdiyin ərazidə müşahidə edildikdə və şəbəkə ilə bağlı olmadıqda alınır.

    **Aşağıdakı hallarda ödəniş etməlisən:

    1. Kabel məsuliyyətin daxilində olan ərazidə (mənzil/ofis/mağaza və s.) zədələnərsə;
    2. Kabel sənin istəyin ilə binanın xarici tərəfindən (eyvan/qonşu bina/fasad) keçirilərsə;
    3. Kabel sənin istəyin ilə binanın xaricindən (eyvan/qonşu bina/fasad/dam) əvəz olunduqda və kabelin uzunluğu 50 metrdən çox olarsa. 

    ***Xidmətə görə ödəniş fərdi antennanın ayrılması və ya əvəz olunması halında alınır.

  • Çağrı Mərkəzi

    Sualların və ya çətinliklərin yarandığı zaman bizimlə əlaqə saxlaya bilərsən. Xüsusi ayrılmış müştəri xidmətimizlə bütün sorğularına cavab verməyə hazırıq. Bunun üçün:

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox