• “Nar”-dan “Turbo düymə” təklifi
    29-08-2017

    “Nar” yeni “Turbo düymə” təklifini təqdim etdi. “Turbo düymə” ilə cari “Turbo” internet paketinin bitmə tarixini gözləmədən internetin tam sürətini bərpa etmək mümkündür. Qeyd edək ki, “Turbo düymə” yalnız “Turbo” internet paketlərində mövcuddur. Başqa sözlə, “Turbo 50 düyməsi” yalnız “Turbo XS/S/M/L” paketlərində, “Turbo 500 düyməsi” isə yalnız “Turbo L+/XL/XXL/XXXL” paketlərindədir. “Turbo düymə”nin internet trafikindan cari “Turbo” internet paketinin istifadə müddətinin sonunadək yararlanmaq olar.

    “Turbo 50 düyməsi”nə qoşulmaq üçün “Turbo 50”, “Turbo 500 düyməsi”nə qoşulmaq üçün isə “Turbo 500” açar sözünü yazaraq 777-yə göndərmək lazımdır. Qoşulmaq üçün müvafiq olaraq *777#050#YES və *777#0500#YES şifrələrini yığmaq da kifayətdir. 50 MB internet trafikinin təqdim edildiyi “Turbo 50 düyməsi”nin qiyməti 0,5 AZN, 500 MB trafikin verildiyi “Turbo 500 düyməsi”nin qiyməti isə 1 AZN təşkil edir.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox