4G

4G

4G-LTE texnologiyasının imkanları daxilində maksimum 225 Mb/s çatan surətdən həzz al!

4G yeni nəsil yüksəksürətli  mobil İnternet texnologiyasıdır. Nar 4G ilə İnternetin sürəti 225 Mb/san-ə qədər artır. Bu o deməkdir ki, siz 1 GB-lıq faylı təxminən 3-5 dəqiqəyə yükləyə bilərsəniz. Nar 4G şəbəkəsinə qoşulmaq üçün SİM kart dəyişməyə, şifrə yığmağa ehtiyac yoxdur. Sadəcə, şəbəkə olaraq 4G-ni seçmək kifayətdir. 

  • 4G rejimin aktiv olunması - İOS

    Aşağıda qeyd olunan qaydada telefonda 4G rejimini aktiv edə bilərsiniz:

    Menyu → Ayarlar → Hücresel → Seçenekler → Ses ve veri → 4G (LTE) 

    Settings → Сellular → Cellular Data Options → Voice & Data → 4G (LTE)

    Настройки → Сотовая связь → Параметры данных → Голос и данные → Выбрать 4G (LTE)

  • 4G rejimin aktiv olunması - Android

    Aşağıda qeyd olunan qaydada telefonda 4G rejimini aktiv edə bilərsiniz:

    Menyu → Ayarlar → Əlavə/Digər şəbəkələr/Digər → Mobil şəbəkələr → Şəbəkə rejimi → LTE (və ya GSM/WCDMA/LTE avtomatik bağlantı)  

Ən çox verilən suallar
  • Nar 4G harada tutur?
    Nar 4G şəbəkəsi ilkin mərhələdə Bakı, Abşeron, Gəncə, Quba, Qusar (Şahdağ daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran şəhərində mövcuddur, lakin qısa zamanda genişlənərək digər şəhər və rayonları da əhatə edəcəyi planlaşdırılır.
  • 4G qiymətləri fərqlidirmi?
    Heç bir qiymət fərqi yoxdur. Qiymətlər 2G/3G şəbəkəsində olduğu kimidir. Məsələn, siz İnternet paketlərindən 4G şəbəkəsində də eyni qiymətə istifadə edə bilərsiniz
  • Nar-ın 4G İnternetini smartfonumda necə aktivləşdirim?
    Bunun üçün 4G dəstəkləyən cihazının olmağı və bizim 4G əhatə dairəmizdə olmağın kifayətdir. Bəzi cihazlarda 4G şəbəkə avtomatik olaraq aktivləşmir, belə olduqda cihazın “Ayarlar” bölməsindən 4G şəbəkəni özün seçməlisən. Şəbəkəni seçdikdən sonra telefonu söndürüb yandırmağın tövsiyə olunur.
  • Nar rominqi ilə xaricdə 4G-dən yararlana bilərəmmi?
    Bəli, artıq səyahət etdiyin ölkələrdə rominqdə olarkən 4G xidmətlərindən yararlana biləcəksən! Bunun üçün 4G-ni dəstəkləyən cihazının olması və ayarlarda 4G şəbəkəsini seçməyin kifayətdir.
    Bu keçidə daxil olub, getdiyin ölkənin adını siyahıdan seçməklə, rominq tərəfdaşlarımız olan və 4G xidmətləri təqdim edən xarici mobil operatorların siyahısıyla tanış ola bilərsən.
axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox