“Nar” rouminqdə olan abunəçilərinə 4G xidməti təklif edir
Qeyd edək ki, rouminqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.
Hazırda “Nar” rouminq xidməti dünyanın 172 ölkəsində aktivdir. “Nar” operatorunun rouminq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rouminq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.
Xatırladaq ki, “Nar” 4G texnologiyası və genişləndirilmiş şəbəkəsini öz abunəçilərinə 2015-ci ilin noyabr ayında təqdim edib. Bu dövr ərzində mobil operator ümumilikdə 609 ədəd 4G (LTE) yeni baza stansiyasını istismara verib. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 45 mindən çoxdur.