icon

Nar regionlarda peşəkar kadr hazırlığına dəstək olur

Regionlara diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün növbəti karyera təlimini təşkil edib.

Universitetin rektoru, dosent Yaşar Ömərovun dəvəti ilə “Nar” rəhbərliyi Gəncə şəhərinə səfər edərək universitetin rəhbər heyətilə görüşdü. Görüş zamanı peşəkar kadr hazırlığı istiqamətində atılacaq növbəti addımlar müzakirə edildi. Daha sonra “Nar” baş icraçı direktoru Özgür Genc karyera təlimində iştirak edən tələbələrlə görüşərək öz təcrübəsini və tövsiyələrini bölüşüb.

Texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onları iş bazarına hazırlamaq məqsədi ilə təşkil olunan bu təlim Narın peşəkar heyəti tərəfindən hazırlanır və tədris olunur. İnteraktiv keçirilən təlim rabitə bazarında uğurlu karyera başlanğıcı etmək, əsas karyera hədəflərinin seçilməsi, iş müsahibələrinə hazırlıq və günümüzdə önəmli olan sosial media platformalarından səmərəli istifadə mövzularını əhatə edirdi.

slider image
slider image

Təlimlər Narın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələri əsl peşəkar kimi yetişdirərək Azərbaycanın telekommunikasiya bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir. Qeyd edək ki, 2025-ci ildə Narın Füzuli və Salyan rayonlarında yeni mağaza açılışı tədbirləri zamanı da, paralel olaraq, bu rayonlarda yerləşən təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirilmişdi.

Populyar təkliflərimiz

FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...