icon

“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd etdi

“Nar” Novruz bayramı ərəfəsində daha bir əhəmiyyətli sosial layihəyə imza atdı. Milli önəm kəsb edən məsələləri diqqət mərkəzində saxlayan “Nar” Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinə səfər edərək Azərbaycan Ordusunun  əsgərləri ilə görüş keçirdi.

Görüş zamanı hərbi hissədə xidmət edən əsgərlərə xüsusi sürpriz hazırlanmışdı. Belə ki, “Nar”-ın dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” nömrəli hərbi hissəyə gəlişi təşkil edilmişdi. Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən bu bayram sürprizi nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etdi.

Görüşdə iştirak edən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov öz çıxışında milli adət və ənənələrin təşviqi, vətənpərvərlik kimi dəyərlərin “Nar” brendinin əsas amallarından olduğunu bildirdi. 

“Azərbaycan əsgəri bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Novruz bayramı ərəfəsində əsgərlərimizlə birlikdə olmaq bizim mənəvi borcumuzdur. Vətənin keşiyində duran qəhrəman əsgərlərimizi təbrik edir, onlara bu şərəfli yolu uğurla başa vuraraq tezliklə yaxınlarına, sevdiklərinə qovuşmalarını arzu edirəm”, - deyə cənab Axundov qeyd etdi.

Tədbir zamanı xüsusi konsert proqramı təşkil edilməklə yanaşı əsgərlərə “Nar”-dan xüsusi hədiyyələr,  o cümlədən, 200-dən çox kitab hədiyyə olundu. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində təşkil edilən görüşün məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramında keçirilməsi şanlı ordumuzun gecə-gündüz vətən keşiyində duran qəhrəman əsgərlərini sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyırdı.

Populyar təkliflərimiz

Sərfəli 1.2 GB
3.77
həftəlik
Sərfəli 1.2 GB
Sərfəli 1.2 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
120 dəq.
İnternetİnternet
1.2 GB
Ölkədaxili SMSÖlkədaxili SMS
40
Sərfəli 10.5 GB
16.77
28 gün
Sərfəli 10.5 GB
Sərfəli 10.5 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
650 dəq.
İnternetİnternet
10.5 GB
Ölkədaxili SMSÖlkədaxili SMS
250
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/Facebook_3x_LLFsKWj.png/media/uploads/icons/Instagram_3x_m8XuW2A.png
1.5 GB
WhatsApp Pulsuz
WhatsApp Pulsuz
/media/uploads/icons/whatsapp_MhryfjY_nES0GL5.svg
Sərfəli 60 GB
58.77
28 gün
Sərfəli 60 GB
Sərfəli 60 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
3500 dəq.
İnternetİnternet
60 GB
Ölkədaxili SMSÖlkədaxili SMS
1200
Rouminq internetRouminq internet
1 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/Facebook_3x_VLQ8S0H.png/media/uploads/icons/Instagram_3x_7pcxGBB.png/media/uploads/icons/Icon_Tik-tok.png/media/uploads/icons/Icon_Youtube.png
7 GB
WhatsApp Pulsuz
WhatsApp Pulsuz
/media/uploads/icons/whatsapp_MhryfjY_j1ZM7kH.svg
Loading...