banner

“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı

Ölkənin ən gənc mobil operatoru “Nar”, 22 iyul - Milli Mətbuat Gününü media nümayəndələri ilə birgə qeyd edib. Mobil operator 35 media orqanını təmsil edən 80-ə qədər media nümayəndəsini artıq ənənə halını alan intellektual yarışmada bir araya toplayıb.

Bilik yarışmasında 15 komanda iştirak edib. İntellekt yarışında artıq ikinci ildir ki, qalibiyyəti əldən buraxmayan “Komanda” komandası 1-ci yeri, “Report” İA-ni təmsil edən komanda 2-ci, “Azxəbər” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Qeyd edək ki, yarış iştirakçılarına 7 tur boyunca ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlik dərəcələrində suallar verilib.

“Bugün Zərdabi davamçıları olaraq sizləri intellektual yarışda bir arada görməkdən böyük qürur hissi duyuram. İctimaiyyətin məlumatlandırılmasına, maarifləndirməyə, düzgün dəyərlərin təbliğinə yönəlik əvəzsiz əməyiniz üçün “Nar” adından bütün media nümayəndələrinə təşəkkür edir, məsuliyyətli və şərəfli peşə yolunuzda uğurlar diləyirəm”, - deyə “Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov Milli Mətbuat günü münasibətilə keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.

“Nar” hər zaman elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların əsas dəstəkçisi rolunda çıxış edir.

slider image
slider image
latestNews not found
Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...