10 yaşını qeyd edən “Nar” sadiq abunəçilərini hədiyyələrlə sevindirdi
10 illik münasibətilə mobil operator yeni “Dostunu “Nar”-a gətir” kampaniyasına start verdi. Kampaniya çərçivəsində dostları və ya yaxınlarını “Nar” ailəsinə gətirmiş hər bir istifadəçiyə balans üçün “mobil pul” qazanmaq imkanı yaradılır. Beləliklə, dostuna “Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir abunəçinin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul yüklənir.
Bu gün 10 yaşı tamam olan “Nar” 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə kommersiya fəaliyyətinə başlamış və qısa bir müddətdə Azərbaycanda telekommunikasiya sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycanın tarixi irsi və ənənələrini əldə rəhbər tutaraq seçilmiş “Nar” ticarət nişanı ölkənin zəngin mədəni irsinin çağdaş həyatla bağlılığını simvolizə edir. Nar hər bir kəsin faydalana biləcəyi istisna dəyər – gerçək bir milli rəmzdir. Təklif etdiyimiz xidmət çeşidlərinin ticarət nişanımızda tam olaraq öz əksini tapması üçün “mobile” ifadəsindən imtina etdik. Bu gün mobil rabitə xidmətləri ilə yanaşı, eyni zamanda sabit internet və rəqəmsal TV xidmətlərini də təklif edirik.