Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, “Yüksək Texnologiyalar Parkı” və “Nar” “Microsoft
26-11-2015
Azərbaycanda sözügedən müsabiqə ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.
Müsabiqədə iştirak etmək istəyənlər cari ilin dekabrın 25-dək qeydiyyatdan keçməlidir. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.
Gələn ilin yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, daha sonra isə, aprelin ortalarında, milli turun finalı keçiriləcək ki, nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.