Hesabım
    • Azərbaycanca
    • English
    • Русский
    • “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
      18-01-2019

      Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın “Full” paketlərindən istifadə edən istifadəçilərinin sayı sürətlə yüksəlməkdədir. Ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketlərindən istifadə edən abunəçilərinin sayı son 6 ayda 90 % artaraq, 100 mini keçib.

      Qeyd edək ki, “Full” paketləri internet və danışıq dəqiqələrini çox sərfəli qiymətlərlə bir paketdə birləşdirib. “Full” paketlərini sifariş edən “Nar” abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə  yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq “Full” paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Çevir” xidmətindən yararlana bilirlər. Belə ki, “Nar” abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.

      Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan “Nar” 6 müxtəlif  “Full” paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket - içərisində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan “Full 9” paketidir.

    NECƏ KÖMƏK EDƏ BİLƏRİK?
    Balans Bildirişi
    Sevimli nömrə
    Kredit götür
    3-ü 1-də
    Limitsiz İnternet paketləri
    Full 9
      © 2019 Azerfon MMC. Bütün hüqüqlar qorunur.

      axtarış nəticələri:

      Heç bir nəticə tapılmadı
      Təşəkkürlər
        Daha yükləyin

        ƏN ÇOX AXTARILANLAR

        • Balans Bildirişi
        • Sevimli nömrə
        • Kredit götür

        AXTARIŞ TARİXÇƏSİ

        • Danışır Bakı
        • Full 29
        • Full 14