“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı olacaq
13-08-2021
Artıq komandanın formasında, ev oyunlarının keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə” PFK-ya dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.
Qeyd edək ki, “Zirə” Peşəkar Futbol Klubu 2014-cü ildə təsis edilib. “Qartallar” 1 dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarına sahib olub, 1 dəfə isə ölkəmizi UEFA Avropa Liqasında təmsil edib. Komanda elə ilk cəhddə avrokuboklarda mərhələ adlamağa nail olub.