“Nar” Regional İnternet İdarəçilik Forumunun sponsoru oldu
03-12-2015
3-4 dekabr 2015-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirliyi, BMT İnkişaf proqramı və ADA Universitetinin təşkilatçılığı ilə 3-cü Regional İnternet İdarəçilik Forumu (RİGFAZ) keçiriləcək. “Nar” mobil operatoru “İKT sahəsindəki innovasiyaların ekoloji cəhətdən regional inkişafı üçün zəmin yaradılması” mövzusunda keçirilən bu ənənəvi tədbirin sponsorluğunu öz üzərinə götürdü.
Çağdaş informasiya texnologiyalarının müasir təhsil sistemindəki önəmi, kiber-təhlükəsizlik, gələcəyin texnologiyaları, sosial media, iqtisadiyyatın diversifikasiyasının İKT sahəsinə təsiri kimi mövzuların əhəmiyyətini son dərəcə vacib hesab edən “Nar”, 3-cü Regional İnternet İdarəçilik Forumuna öz töhfəsini verərək, daha bir uğurlu ictimai layihəyə imza atdı.