Nar İsmayıllı mağazasını təqdim etdi
07-09-2017
İsmayıllı şəhəri Heydər Əliyev prospektində yerləşən “Nar” mağazası rayon mərkəzi və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Qeyd edək ki, hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 25 “Nar dünyası” mağazası, eləcə də çoxlu sayda “Nar” diler dükanları fəaliyyət göstərir.