“Nar” Gəncə əmək yarmarkasında iştirak etdi
06-06-2018
“Nar” Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak etdi. Çoxsaylı şirkətlərin iştirak etdiyi yarmarkada mobil operatorda marketinq və satış istiqamətləri üzrə müxtəlif vakant vəzifələrə sənəd qəbulu təşkil edildi. Mayın 31-də, Gəncə şəhərində keçirilmiş yarmarkadakı “Nar” stendi şəhər sakinlərinin böyük marağına səbəb oldu. Bundan əlavə, stend ziyarətçiləri “Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər.
Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü.