“Nar” 2019-cu il üzrə Dayanıqlı İnkişaf hesabatını təqdim edib
10-09-2020
“Nar” 2019-cu il üzrə Dayanıqlı İnkişaf hesabatını təqdim edib. Hesabatda şirkətin məsuliyyətli biznes praktikası və dayanıqlı inkişaf sahəsində fəaliyyətlərinin mühüm sosial istiqamətlərindən ətraflı şəkildə bəhs edilir.
“Nar”ın bütün fəaliyyətinin və sosial layihələrinin əsas məqsədi cəmiyyətin inkişafına, iqtisadi artıma və dayanıqlılığa töhfə verməkdən ibarətdir. Mobil operator hər addımda insanlara daha yaxşı xidmət etmək və fəaliyyət göstərdiyi əraziləri inkişaf etdirmək, hər kəsin məmnun qalacağı bir biznes mühiti formalaşdırmaq üçün çalışır. Dayanıqlı inkişaf hesabatı da görülən işlərin, qarşıya çıxan çağırışların və əldə edilən nəticələrin yazılı təcəssümüdür. Hesabat həm də bütün maraqlı tərəflərlə və xüsusən də, müştərilərlə dürüst olma öhdəliyinin məntiqi davamını əks etdirir.
İllik Dayanıqlı İnkişaf hesabatı ilə buradan tanış ola bilərsiniz.