Hesabım
    • Azərbaycanca
    • English
    • Русский
    • İntellektual oyun izləyərək “Nar”-dan hədiyyə qazanmaq imkanı!
      21-11-2019

      Gənc nəslin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar”-ın dəstək olduğu “Breyn Rinq” intellektual bilik yarışının on dördüncü mövsümü davam edir. Hər il olduğu kimi bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, yarışın yayımı zamanı “Nar”-ın “Facebook” hesabında yerləşdirilən suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

      Noyabr ayında isə məntiqi suallara düzgün cavab verərək qalib olan “Facebook” istifadəçiləri Borçalı Qurbanov, Mehman Isayev və Fuad Anzurovdur.

      Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar “Bilik” kuboku  uğrunda mübarizə aparırlar. Yanvar ayının əvvəlinədək davam edəcək yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai TV vasitəsilə yayımlanır. 

      © 2019 Azerfon MMC. Bütün hüqüqlar qorunur.

      axtarış nəticələri:

      Heç bir nəticə tapılmadı
      Təşəkkürlər
        Daha yükləyin

        ƏN ÇOX AXTARILANLAR

        • Balans Bildirişi
        • Kredit götür
        • Limitsiz internet paketləri

        AXTARIŞ TARİXÇƏSİ

        • Sevimli nömrə
        • Nömrəni gizli saxla
        • Asan İmza əldə et