“Nar” abunəçilərinin nəzərinə
12-10-2018
12.10.2018-ci il tarixindən etibarən “Nar” nömrələrindən ayrı-ayrı dövlət və özəl xidmətlər üçün müəyyən edilmiş qısa nömrələrə edilən zənglərin bir dəqiqəsinin qiyməti 0,08 AZN (səkkiz qəpik) olacaq.
Qeyd edək ki, 101, 102, 103, 104, 112, 152, 161, 186 və 199 kombinasiyalı qısa nömrələr istisna təşkil edir və bu nömrələrə edilən zənglər ödənişsizdir.