“Nar”-dan Bayraq günü ilə əlaqədar abunəçilərinə hədiyyə
08-11-2018
Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” dövlət bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir. Müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqə hədiyyə ediləcək. İştirak etmək üçün istifadəçilər “Nar”-ın “Facebook” və “İnstagram” səhifələrində #bayrağım və #ilovenar haştaqı ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.
Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən 1 həftə ərzində aktiv olacaq.
Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsadüfi seçim nəticəsində 20 nəfərə “Nar” tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə də veriləcək.