Bakı-2015 Avropa Oyunları Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” ilə yarışların rəsmi mobil telekommunikasiya xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “Nar Mobile” mobil operatorunun ilk Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur.
“Nar Mobile” mobil operatoru çoxplatformalı reklam kampaniyaları vasitəsilə Oyunlar ilə bağlı məlumatlılığı artıracaqdır. Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaqdır.
Azərbaycan Respublikasının idman və gənclər naziri, Bakı-2015 Avropa Oyunları İcraiyyə komitəsinin baş icraçı direktoru Azad Rəhimov mobil operatorla imzalanan anlaşmanın ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədi ilə “Nar Mobile” mobil operatorunun telekommunikasiya sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilə olduğunu bildirmişdir.
Nazir, Azərbaycan şirkətlərinin həm Bakı şəhərinə, həm də bütünlükdə Azərbaycana uzunmüddətli fayda bəxş edəcək innovativ və inkluziv yarışların hazırlanmasına cəlb edilməsini önəmli hal adlandırmışdır.
Yarandığı tarixdən bu günədək “Nar Mobile” mobil operatoru irimiqyaslı sosial təşəbbüslərlə çıxış etmiş və milli mədəniyyət, incəsənət və idman sahələrini təbliğ etməklə bir çox layihələrin həyata keçirilməsinə dəstək vermişdir. Bundan əlavə, mobil operator əlverişli tarifləri və müştərilərə göstərdiyi yüksək səviyyəli xidmətlərlə onların ehtiyaclarını qarşılamaqda davam edir.
Eyni zamanda, “Nar Mobile” mobil operatoru özlərini Avropa Oyunlarında istirakçi kimi hiss etmələri üçün müştəriləri oyunlara cəlb etmək ve qarşılıqlı əlaqə yaratmağa kömək etmək məqsədi ilə innovativ şəbəkələrindən istifadə edəcəkdir.
“Nar Mobile” ticarət nişanı ilə tanınan “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili (Kent McNeley) Avropa Oyunlarının Azərbaycanda yaşayan hər bir kəsin zövq alacağı heyrətamiz idman yarışları olacağını və hamının bu möhtəşəm tədbirin bir hissəsi olmaq istəyəcəyini söyləmişdir.
“Biz müştərilərimizin mədəni irsləri və milli idmançıları ilə fəxr etdiklərini bilirik. Ona görə də Azərbaycan tarixinə önəmli anlar kimi daxil olacaq Oyunlar ilə bağlı bu cür əhəmiyyətli rolu oynamaq bizim üçün şərəfdir. Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ yarışlar olmasını təmin etmək üçün texniki imkanlara və texnoloji yeniliklərə malikik”, - deyə cənab Maknili bildirmişdir.
Öz növbəsində, Bakı-2015 Avropa Oyunları İcraiyyə komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Vijeratna (Charlie Wijeratna) isə Avropa Oyunları ilə etibarlı rabitə qurulması nöqteyi-nəzərdən “Nar Mobile” mobil operatoru ilə müqavilənin bağlanmasını gözəl hal adlandırmışdır.
Cənab Vijeratna Oyunlar və təşkilatçıların işinə dəstək göstərməsi baxımından “Nar Mobile” mobil operatorunun texniki imkanlara, bilik və təcrübəyə malik olmasının vacibliyini, telekommunikasiya və geniş əməliyyatların böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.