tvnar555x220aze.jpg
tvnar555x220aze.jpg

Nar TV - mobil tətbiq

Harada olduğundan asılı olmayaraq istədiyin zaman sevdiyin TV-verilişləri və filmləri öz smartfonunda və ya planşetində izləməkdən həzz al!

Yuxudan erkən qalxırsan, ya gec saatlarda yatırsan, çılğın futbol azarkeşisən, ya 5 uşaq anası, bircə filmi belə qaçırmayan kinomansan, ya vaxtının çoxu tıxaclarda keçən iş adamı – həyat tərzindən asılı olmayaraq Nar TV sənin üçün əsl yenilik olacaq! Üstəlik, yeni istifadəçilər üçün bütün kanallar daxil olmaqla düz 1 aylıq pulsuz istifadə!

       

Xüsusiyyətləri:

Sevdiyin şouları qaçırma. İstər indi, istərsə də sonra izlə.

TV Bələdçi sənə efir cədvəlini nəzərdən keçirmək və 12 saata qədər geriyə qaytarmaqla qaçırdıqlarını izləmək imkanı yaradır.
 

Övladlarının izlədiklərinə nəzarət et.

Valideyn Nəzarəti funksiyası müəyyən kanallara çıxışı PIN-kodla məhdudlaşdırmaq imkanı yaradır.
 

Sevdiyin kanallar daha əlçatan olsun.

Bu funksiya izlədiyin kanalların içərisindən sevdiklərini və ya ən çox izlədiklərini seçməyə imkan verir.
 

Abunəliyin tətbiq vasitəsilə idarə olunması. 

Abunəliyə birbaşa NarTV tətbiqi vasitəsilə nəzarət edə bilərsən.
 

Mobil paketə daxildir:

  • Mobil cihazda 1 nəfərlik istifadə imkanı
  • 100 Premium Onlayn TV-kanal (15 HD və 85 SD)
  • Qiymət

    İlkin qeydiyyat zamanı sən bütün premium kanallara çıxış imkanı verən 1 aylıq pulsuz istifadə əldə edəcəksən. Bu müddət başa çatdıqda balansından avtomatik olaraq aylıq abunə haqqı çıxılacaq.

    Paket Aylıq abunə haqqı
    Mobil paket 3 AZN*

    *Qiymətə 18% ƏDV daxildir.

  • Abunənin idarə olunması
    • İstifadəçilər tətbiqdəki Hesab menyusuna daxil olaraq abunəni idarə edə bilərlər.
    • İstifadəçilər tətbiqdəki Hesab menyusu vasitəsilə abunə olduqları cari paketi, onun qiymətini, paketə daxil olanları və bitmə/növbəti ödəniş tarixini görə bilərlər.
    • İstifadəçilər abunəni bu yolla ləğv edə bilərlər: Tətbiq ->  -> Hesab -> Ləğv etmək
  • Qeydlər
    • Tətbiqi cihazdan sildikdə abunə dayandırılmayacaq, çünki abunə haqqı qeydiyyat zamanı göstərilmiş telefon nömrəsinin balansından çıxılır.
    • Valideyn Nəzarəti PIN-kodu ilk istifadə zamanı təyin edilə bilər.
    • Xidmət Uninet-in əməkdaşlığı ilə təqdim olunur.
Qoşulma

Nar TV tətbiqini Google Play (Android™)  və ya App Store (iOS)  mağazalarından yükləmək mümkündür:

  • "Nar TV" axtarış edərək
  • Aşağıdakı "Google Play" və ya "App Store"  işarəsini seçərək

  

 

Minimal tələblər:

  • Android™: Android™ 4.4 və ya daha yeni versiya və 1GB RAM olmaqla
  • iOS: iPhone 5s, iPad Air, iPad Mini 2, cari iOS versiyası (12x) olmaqla

Yüklədikdən sonra Nar nömrəni istifadə etməklə və şifrə təyin etməklə qeydiyyata Nar TV tətbiqindən davam edə bilərsən. Daha sonra qeydiyyatı təsdiq etmək üçün SMS vasitəsilə gələn təsdiq kodunu daxil etmək gərəkdir.