Yuxudan erkən qalxırsan, ya gec saatlarda yatırsan, çılğın futbol azarkeşisən, ya 5 uşaq anası, bircə filmi belə qaçırmayan kinomansan, ya vaxtının çoxu tıxaclarda keçən iş adamı – həyat tərzindən asılı olmayaraq Nar TV sənin üçün əsl yenilik olacaq! Üstəlik, yeni istifadəçilər üçün bütün kanallar daxil olmaqla düz 1 aylıq pulsuz istifadə!
Sevdiyin şouları qaçırma. İstər indi, istərsə də sonra izlə.
TV Bələdçi sənə efir cədvəlini nəzərdən keçirmək və 12 saata qədər geriyə qaytarmaqla qaçırdıqlarını izləmək imkanı yaradır.
Övladlarının izlədiklərinə nəzarət et.
Valideyn Nəzarəti funksiyası müəyyən kanallara çıxışı PIN-kodla məhdudlaşdırmaq imkanı yaradır.
Sevdiyin kanallar daha əlçatan olsun.
Bu funksiya izlədiyin kanalların içərisindən sevdiklərini və ya ən çox izlədiklərini seçməyə imkan verir.
Abunəliyin tətbiq vasitəsilə idarə olunması.
Abunəliyə birbaşa NarTV tətbiqi vasitəsilə nəzarət edə bilərsən.
Mobil paketə daxildir:
İlkin qeydiyyat zamanı sən bütün premium kanallara çıxış imkanı verən 1 aylıq pulsuz istifadə əldə edəcəksən. Bu müddət başa çatdıqda balansından avtomatik olaraq aylıq abunə haqqı çıxılacaq.
Paket | Aylıq abunə haqqı |
---|---|
Mobil paket | 3 AZN* |
*Qiymətə 18% ƏDV daxildir.
Nar TV tətbiqini Google Play (Android™) və ya App Store (iOS) mağazalarından yükləmək mümkündür:
Minimal tələblər:
Yüklədikdən sonra Nar nömrəni istifadə etməklə və şifrə təyin etməklə qeydiyyata Nar TV tətbiqindən davam edə bilərsən. Daha sonra qeydiyyatı təsdiq etmək üçün SMS vasitəsilə gələn təsdiq kodunu daxil etmək gərəkdir.
Android:
Parametrlər - Proqramlar - Bütün Proqramlar - Nar TV – Ehtiyat - Keşi təmizlə
iOS:
Ayarlar – Əsas – İPhone saxlama sahəsi – Nar TV – proqramı sil