• “Nar” Xırdalanda yeni mağazasını təqdim etdi
    29-08-2017

    Xırdalan şəhərindəki Heydər Əliyev prospekti 1A ünvanda yerləşən və yeni konseptə uyğun olaraq açılan “Nar” mağazası şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

    Yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, açılış günü “Nar” nömrələri 50%, satışa çıxarılmış bütün smartfonlar isə 10% endirimlə mobil rabitə istifadəçilərinə təklif edildi. Əlavə olaraq, endirimli smartfon əldə etmiş hər bir müştəriyə “Nar” nömrə hədiyyə edildi.   

    Qeyd edək ki, hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 76 “Nar” diler dükanı fəaliyyət göstərir.

    Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/map

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox