Nar Tax Free xidməti

Nar Tax Free xidməti

Avropada alış-veriş et, xərclədiyin pulu qayıdanda geri al

Avropada alış-veriş zamanı büdcənə qənaət etmək üçün Nar Tax Free imkanlarından istifadə et, ödədiyin məbləğin ƏDV-ni geri al.

Tətbiqi endirmək üçün aşağıdakı keçidlərə daxil olun

  • Nar Tax Free nədir?

    Nar Tax Free Nar abunəçiləri tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV)  geri qaytarılma mobil əlavəsidir.

    Standard Tax Free xidmətindən fərqli olaraq, Nar Tax Free mobil əlavəsini istifadə etmək üçün Avropa Birliyinin ölkələrində istənilən mağazalarda aldığın mallara görə ödədiyin ƏDV məbləğini ölkəni tərk etdikdən sonra, Azərbaycanda geri ala bilərsən.

  • Nar Tax Free mobil əlavəsindən hansı ölkələrdə yararlanmaq olar?

    Hal-hazırda Nar Tax Free mobil əlavəsindən Avropa Birliyinin 6 ölkəsində yararlanmaq olar:

    • Almaniya – ƏDV-nin 19%dək  geri alınması
    • İngiltərə - ƏDV-nin 20%dək geri alınması
    • İspaniya – ƏVD-nin 21%dək  geri alınması
    • İtaliya – ƏDV-nin 22%dək  geri alınması
    • Finlandiya – ƏDV-nin 24%dək geri alınması
    • Fransa – ƏD-nin 20%dək  geri alınması 
  • Nar Tax Free mobil əlavəsi kimlərə şamil edilmir?

    Avropa Birliyinin vətəndaşlarına

  • ƏDV-ni geri almaq üçün qeydiyyatdan necə keçmək olar?

    ƏDV-ni geri almaq üçün Nar TaxFree 6592 qısa nömrəsinə SMS göndər və qeydiyyatda keç və ya cəmi 4 addımdan ibarət olan Nar Tax Free mobil əlavəsini AppStore və ya GooglePlay-dan yükləyib, online qeydiyyatdan keç

    1. Nar Tax Free  mobil əlavəsini AppStore və ya GooglePlay-dan smartfonuna yüklə

    2. Səfərini əlavə et və qəbzləri yüklə 
    Səfər haqqında məlumatı və qəbzlərin şəkillərini çəkib, əlavəyə yüklə

    3. Bəyənnaməni qəbul et və çap et
    Bəyənnamə elektron poçt ünvanına və Nar Tax Free mobil əlavəsinə göndəriləcək və sən bildiriş məlumatı alacaqsan

    4. ƏDV bəyənnaməsini gömrük zabitinə təqdim et 
    Ölkəni tərk etdiyin hava limanında ƏDV bəyənnaməsini gömrük zabitinə təqdim et və möhürlə təstiqlənmiş bəyənnaməni Azərbaycana gəldikdə, H. Əliyev adına Beynəlxalq Hava Limanında xüsusi quraşdırılmış “TaxFree4U” qutusuna qoy.  

    Bəyənnamə “TaxFree4U” şirkətinin əməkdaşları tərəfindən qəbul olunduqdan 48 saat sonra,  bank kartına geri dönəcək və balansına Nar-dan 5 GB İnternet trafik təqdim olunacaq.

  • Hansı mallar üzrə ƏDV qaytarılmır?
    • Aksizli mallar
    • Ərzaq malları
    • Dərmən preparatları və tibbi ləvazimatlar
    • Ölkənin mədəni-tarixi sərvəti hesab edilən mallar
    • Çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar
    • Külçə şəklində qiymətli metallar
    • Müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisinə aparılan mallar
    • Nəqliyyat vasitələri və onların ethiyat hissələri
    • Poçt və ya İnternet xidməti vasitəsilə ixrac edilən mallar
  • Mobil əlavə ilə suallarım yaranarsa, hara müraciət edim?

    İnternet bonusların balansına yüklənməsilə bağlı sualların yaranarsa, 24/7 fəaliyyət göstərən Nar Müştəri xidməti nömrəsinə zəng edə və ya sosial şəbəkələr vasitəsilə müraciət edə bilərsən.

    Nar Tax Free mobil əlavənin istifadəsi və ya ƏDV-nin qaytarılması ilə bağlı suallarını support@taxfree4u.eu ; Skype: taxrfee4u əlaqə saxlayıb, müraciət edə bilərsən.

    Səfərdə olduğun zaman sualların yaranarsa, aşağıda göstərilən nömrələr 24/7 dəstək xidmətindədir:

    • İngiltərə:
      +44 203 51 47771
    • Fransa:
      +33 184 887106
    • İtaliya:
      +39 064 5226909
    • Finlandiya:
      +35 894 2451016
axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox