• “Nar” Şəkidə 4G şəbəkəsini qurdu
    26-07-2018

    Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region isə Şəki oldu. Ümumilikdə Şəkidə şəhərində 6 4G baza stansiyası abunəçilərin istifadəsinə təqdim olunub. Bundan əlavə 36 3G və 45 2G baza stansiyaları Şəki sakinlərin keyfiyyətli və yüksəksürətli mobil rabitə xidmətləri ilə təmin edir.

    Hazırda mobil operator 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 33 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub.

    2018-ci ildə “Nar” 4G şəbəkəsinin əhatə etdiyi bölgələr bunlardır: Ağdaş, Ağcabədi, Cəlilabad, Daşkəsən, Gəncə, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Qax, Qazax, Quba, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəki, Şamaxı, Şəmkir, Şirvan, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala.

    “Nar” böyük sürətlə 4G şəbəkəsini həm paytaxt Bakıda, həm də regionlarda artırır. Hazırda ölkə ərazisində 1292 sayda 4G  baza stansiyaları fəaliyyətdədir.

    Qeyd edək ki, ötən il “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları şəbəkə testləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox