• “Nar” şəbəkəsi tam gücü ilə abunəçilərə xidmət göstərir
    29-08-2017

    Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri addımlar atmışdır. Son iki gün ərzində operatorun və tərəfdaş şirkətlərin texniki heyəti sahə və ofislərdə növbə ilə 24/7 rejimində çalışır. Mobil xidmətlərin sabitliyini təmin etmək üçün sahələrdə generatorlardan istifadə olunur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində “Nar” 2G/3G/4G şəbəkələrinin müvafiq stabillik göstəricisi təmin edilmişdir.

    Qeyd edək ki, iki gün öncə başlayan elektrik enerjisi kəsintilərinə baxmayaraq, “Nar” şəbəkəsinin əksər hissəsi bütün ölkə ərazisində abunəçilərə xidmət göstərməyə davam edib. Mobil rabitə xidmətlərinin göstərilməsində çətinliklərin yaşanmaması məqsədilə paytaxt və bölgələrdə mövcud olan bütün resurslar səfərbər edilmiş, şəbəkənin normal rejimdə fəaliyyəti təmin edilmişdir. “Nar” bu kimi vəziyyətlərdə yarana biləcək çətinliklərin qarşısının alınması üçün önləyici tədbirlər görməyə davam edir.   

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox