Uçuşda Nar

Uçuşda Nar

Təyyarə havada ikən zəng et və İnternetə qoşul!

"Nar Air" xidmətilə sən AZAL şirkətinin Airbus təyyarələrində, "On Air" xidmətilə isə digər aviaşirkətlərə məxsus təyyarələrdə elə havadaca öz Nar nömrənlə zəng edə, SMS göndərə və İnternetə daxil ola bilərsən.
  • Nar Air

    Siz öz Nar nömrəniz ilə Azərbaycan Hava Yollarına məxsus Aerobus təyyarələrində mobil rabitə xidmətlərindən istifadəyə davam edə bilərsiniz. Uçuş zamanı mobil telefonunuzdan zəng edin, mesaj göndərin, həmçinin elektron poçtunuzu yoxlayın, ən son xəbərləri oxuyun, sosial şəbəkələrdə vaxt keçirin.

    İstifadədə asan

    Havaya qalxma və enmə zamanı, həmçinin “Telefonu söndürün” işarəsi yandıqda mobil telefonunuzun sönülü olduğuna əmin olun. Müvafiq işarə söndükdə, telefonunuzu yandırın, “Uçuş” rejimində olmadığına əmin olun və ekranda Nar və ya 901 36 şəbəkə siqnalının görünməsini gözləyin. Siqnal peyda olduqda, mobil rabitə xidmətlərindən yerdə olduğu kimi istifadə edəbilərsiniz.
    Cihazınız şəbəkəni avtomatik seçmədikdə, telefonun “Ayarlar” bölməsinə müraciət edin.
    Zəng etdiyiniz və ya mesaj göndərdiyiniz nömrənin qarşısına “+” işarəsini və ölkə kodunu əlavə etməyi unutmayın.

    Tariflər

    Tariflər haqqında məlumatı aşağıdakı cədvəldən ala bilərsiniz:  

    Xidmət Qiymət (AZN)
    Çıxan zəngin dəqiqəsi 2
    Daxil olan zəngin dəqiqəsi 2
    Çıxan SMS 0.5
    Daxil olan SMS 0
    MMS 2.6
    İnternet trafik (hər MB üçün) 9
  • On Air

    On Air xidməti vasitəsilə siz digər hava yollarının təyyarələrində də Nar xidmətlərindən istifadə edə bilərsiniz. Uçuş zamanı Nar nömrənizlə zəng edin, SMS yazın və İnternetə daxil olun.

    Aşağıda göstərilən aviaşirkətlərin təyyarələrində On Air xidməti mövcuddur:

    Aeroflot, All Nippon Airways, British Airways, Cebu Pacific Air, Egyptair, Emirates, Etihad, Hong Kong Airlines, Iberia, Libyan Airlines, Oman Air, Philippine Airlines, Qatar Airways, Royal Jordanian, Saudia, Singapore Airlines, TAM Airlines, Thai Airways

    Xidmət Qiymət (AZN)
    Çıxan zəngin dəqiqəsi  4
    Daxil olan zəngin dəqiqəsi 2
    Çıxan SMS 1
    İnternet trafik (hər MB üçün) 10

Ən çox baxılanlar

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox