Balansını kartla artır

Balansını kartla artır

Kartı al, şifrəni yığ, balansını artır!

2, 5, 10, 20 və ya 50 AZN məbləğındə olan "Nar kart"ları istənilən Nar Mərkəzdən və ya digər ticarət məntəqələrindən ala və şifrəni yığmaqla balansını asanlıqla artıra bilərsən.

Ödənişlərin istifadə müddəti:

İstifadə müddəti Nar Kart nominalı
25 gün 2AZN
50 gün 5AZN
90 gün 10 AZN
165 gün 20 AZN
245 gün 50 AZN
  • Qeydlər
    • Yükləmə kartının şifrəsini 6 dəfə yanlış daxil etsəniz yükləmə xidmətləriniz bağlanacaqdır.
    • Yükləmə kartını alarkən bağlamanın və şifrənin üzərindəki boyanın bütövlüyünü yoxlayın.
    • Yükləmə ilə bağlı sualınız yaranarsa mobil telefondan 777 nömrəsinə zəng edərək Müştəri Xidmətləri Mərkəzinə müraciət edin.
    • Balansınızı yoxlamaq üçün: *777#10#YES daxil edin.
  • Qoşulma

    Balansınızı artırmaq üçün: 

    • *777#11# {Nar Kartın şifrəsi}#YES.

    Digər Nar abunəçinin balansını artırmaq üçün:

    • *777#11#70/77{Abunəçinin telefon nömrəsi} # {Nar Kartın şifrəsi} #YES.
Ən çox verilən suallar
  • Balansa yatırdığım məbləğin istifadə müddətini necə öyrənim?

    Nar satış və xidmət mərkəzlərində, müvəkkil banklarda, POS-terminallarda, plastik kartla və ya Nar kart vasitəsilə həyata keçirilən ödənişlərin (minimal 1 AZN) istifadə müddəti ilə aşağıdakı cədvəldə tanış ola bilərsən:

    Ödənişin məbləği İstifadə müddəti
    0.10 - 0.99 AZN 1 gün
    1.00 - 1.99 AZN 10 gün
    2.00 - 4.99 AZN 25 gün
    5.00 - 9.99 AZN 50 gün
    10 - 19.99 AZN 90 gün
    20.00 - 49.99 AZN 165 gün
    50 AZN-dən çox 245 gün

    Ödənişin istifadə müddəti bitdikdən sonrakı 90 gün ərzində heç bir balans artırılması həyata keçirilmədiyi halda, Nar nömrəsinə xidmət göstərilməsi dayandırılır. Xidmətin bərpa edilməsi üçün müəyyən olunmuş 90 gün ərzində (və ya abunəçi ilə bağlanmış müqavilədə nəzərdə tutulan digər müddət ərzində) balansı artırmaq kifayətdir. Göstərilən müddətin bitməsinə qədər Nar kart aktivləşdirilmədiyi və ya növbəti ödəniş həyata keçirilmədiyi təqdirdə, Nar nömrəsi və abunəçinin müqaviləsi ləğv olunur.

  • Balansımı necə yoxlayım?
    Bunun üçün sadəcə *100#YES şifrəsini yığmağın və ya B yazaraq 777-ə SMS göndərməyin kifayətdir. Göndərilən hər sorğu üçün 0.01 AZN çıxılır.
    Bonuslar haqqında məlumat əldə etmək üçün isə *777#20#YES şifrəsini yığmaq və ya I yazıb 777-yə mesaj göndərmək gərəkdir.

Ən çox baxılanlar

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox