“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi

“Nar” jurnalistlər üçün Nar bayramı media-turu təşkil etdi

Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” Göyçayda təşkil edilmiş ənənəvi Nar bayramı ilə əlaqədar olaraq mətbuat nümayəndələri üçün media-tur təşkil etdi.

Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar” Göyçayda təşkil edilmiş ənənəvi Nar bayramı ilə əlaqədar olaraq mətbuat nümayəndələri üçün media-tur təşkil etdi. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli proqramla müşayiət olunan tədbir böyük bayram əhval-ruhiyyəsində keçdi.

Tədbir zamanı “Nar” əməkdaşları jurnalistlər üçün təşkil edilmiş təqdimat çərçivəsində mobil operatorun fəaliyyət istiqamətləri, xüsusilə regionları əhatə edən fəaliyyətlər, bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tariflər toplusu, şəbəkənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, 2017-ci il ərzində  ölkə ərazisində qurulmuş yeni baza stansiyaları, işğaldan azad edilmiş ərazilərdə “Nar” şəbəkəsinin təmin edilməsi, səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətinin təqdim edilməsi, ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətlərinin müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilməsi və planlaşdırılan digər işlər barədə geniş məlumat verdilər.  

“Nar” tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb oldu. Bayramda iştirak edən media nümayəndələri mobil operatorun təqdimatını maraqla izləyərək tədbirdən geniş reportaj hazırladılar.  

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox