• Nar Home TV xidməti sərfəli kampaniyalar təklif edir

    “Nar Home” TV xidməti “12 ayı ödəyənə 2 ay hədiyyə!” və “6 ayı ödə, 7 ay izlə! sərfəli kampaniyalarını təklif edir. Bu kampaniyalar sayəsində mövcud B&B TV istifadəçiləri, “Nar Home” TV xidmətinin isə həm mövcud, həm də yeni abunəçiləri xidmətdən pulsuz yararlanmaq şansı əldə edirlər. Şərtlər çox sadədir: “12 ayı ödəyənə 2 ay hədiyyə!” kampaniyasına qoşulmaq üçün öncədən 12 aylıq ödəniş edərək 2 aylıq pulsuz TV xidməti əldə etmək, “6 ayı ödə, 7 ay izlə! kampaniyasından yararlanmaq üçün isə öncədən 6 aylıq ödəniş edərək 1 aylıq pulsuz TV xidməti qazanmaq olar.

    B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Yeni təkliflər müddətsizdir və həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumatı 179 qısa nömrəsinə zəng etməklə, “Nar”-ın “Facebook”“Instagram” səhifələrinə yazmaqla və ya rəsmi internet səhifəsinə daxil olmaqla əldə etmək olar.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox