• Nar Home-dan Aylıq yox, günlük ödə! təklifi

    İndi xidmətdən faydalanan bütün abunəçilər “Nar Home TV” xidmətindən istifadə etdikləri günlərin sayına görə ödəniş edə bilər, bununla da aylıq xərclərinə qənaət edə bilərlər. Bunun üçün hər bir abunəçi istədiyi TV paketini seçməli, TV-yə neçə gün baxacağını təyin etməli və gün sayına görə ödəniş etməlidir.

    1 oktyabr 2017-ci il tarixindən etibarən həyata keçiriləcək dəyişikliklərə əsasən, günlük ödəmə imkanından minimum 2 AZN ödəniş etməklə yararlanmaq mümkündür. Yeni şərtlərə görə, minimum ödəniş edilən halda, TV paketindən asılı olaraq xidmətdən 4 günədək yararlanmaq olar. Yeni şərtlər tətbiq olunduqdan sonra günlük ödənişin dəyəri TV paketlərə uyğun olaraq hesablanır.

    “Aylıq yox, günlük ödə!” təklifi müddətsiz olmaqla yanaşı, həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək üçün 179 qısa nömrəsinə zəng etmək və ya “Nar”-ın “Facebook”“Instagram” səhifələrinə yazmaq kifayətdir.

    B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox