• “Nar” Göyçay sakinlərini kəsintisiz rabitə ilə təmin etdi

    Baş vermiş güclü sel ilə əlaqədər olaraq “Nar” Göyçay sakinlərinə pulsuz olaraq öz yaxınları ilə ünsiyyət qurmaları məqsədi ilə 100 ölkədaxili danışıq dəqiqələri təqdim edib.  Bundan əlavə, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilmiş və hazırda Göyçay sakinləri kəsintisiz mobil rabitə və internet xidmətləri ilə təmin edilib.

    Göyçayda mövcud olan “Nar” şəbəkəsi, rayonda baş vermiş təbii fəlakət nəticəsində ərazi üzrə xidmət göstərən mobil rabitə xəttinə qismən ziyan dəyməsinə baxmayaraq atılmış çevik addımlar nəticəsində bölgə üzrə kəsintisiz rabitə xidməti təmin edilmişdir. Hazırda “Nar” şəbəkəsi gücləndirilmiş iş rejimində çalışır və yerli sakinləri stabil mobil rabitə xidməti ilə təmin edir

    Qeyd edək ki, Göyçay çayına gəlmiş sel elektrik və rabitə dirəklərini aşırıb, naqilləri, o cümlədən internet kabelini qırıb, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb. Sel nəticəsində avtomobil yolları və körpülər ziyan çəkmiş və rayon mərkəzilə nəqliyyat əlaqəsi kəsilmişdir.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox