Loqomuz

Loqomuz

Bizim yeni loqomuz həm meyvə olaraq narı, həm də “Nar”-ın başlatdığı söhbəti təmsil edir.

Biz inanırıq ki, xoşbəxtlik, münasibətlər, uşaqlar, karyera, uğur və şövq kimi həyatın vacib ünsürləri səy, qayğı və coşquyla yetişdirdiyimiz meyvələrlə müqayisə edilə bilər. Buna görə, biz həyatı bağ kimi görürük.

Bizim bağımız hər kəsin yaşamaq istəyəcəyi mükəmməl bir dünyadır. Dostluq və yoldaşlıq, qayğı və sevgi meyvələrini hamının dərə biləcəyi günəşli, təbiətin yaşıl rəngi ilə şölələnən bir dünya.

Sloqanımız gənc və dinamik şirkət olaraq, bizim daima inkişafa və yeniliklərə can atmağımızı tərənnüm edir. "Gəlin birlikdə böyüyək" deməklə, biz həm abunəçilərimizi, həm tərəfdaşlarımızı, həm də əməkdaşlarımızı bu yolu birgə qət etməyə dəvət edirik.

Rənglərimizdən qırmızı narı, yaşıl isə təbiəti təmsil edir.

Logo .jpeg .cdr .ai
Endir Endir Endir
Endir Endir -

Bizə qoşul

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox