Azerfon MMC

Lingo-Kids_Resize770x432_2.png Lingo-Kids_Resize1920x400-header-Aze.png

Nar abunəçiləri Lingokids tətbiqindən 70% endirimlə istifadə edə biləcəklər!

Lingokids uşaqlara oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət, bacarıqlarını təkmilləşdirməyə və yaradıcılığı inkişaf etdirməyə kömək edən mobil tətbiqidir.

LingoKids proqramı avtomatik olaraq hər bir uşağın öyrənmə sürətinə uyğunlaşır. İnteraktiv fəaliyyətlər, videolar, mahnılar və müxtəlif çətinlik səviyyələrində oyunlar vasitəsilə uşaqlar Playlearning™ texnologiyası vasitəsilə müxtəlif biliklər əldə edirlər.

Övladınız əylənərək öyrənsin!

Ən əyləncəli təhsil tətbiqindən biri olan LingoKids-dən 1 aylıq pulsuz abunəlik bitdikdən sonra ayda cəmi 7,7 AZN ödəməklə istifadə et.

  • Qoşulmaq üçün:

    1.Abunəliyini aktivləşdir:

    • L, LK və ya Lingo yazıb 9898 -ə göndər. Cavab SMS alınandan sonra, 1 yazaraq cavab ver və abunəliyini təsdiqlə. SMS göndəriləndən sonra xüsusi kupon kodu alacaqsan.
    • *989#YES yığ. Cavab alınandan sonra, 1 yazaraq cavab ver və abünəliyini təsdiqlə. Cavab göndəriləndən sonra xüsusi kupon kodu alacaqsan.

    2. Kupon kodu bit.ly/LINGOCOUPON saytında daxil et və qeydiyyatdan keç.

    3. App Store/Play Store-a keç və tətbiqi yüklə.

    4. Tətbiqini aç, istifadəçi adını və şifrəni istifadə edərək hesabına daxil ol.

    Qeyd: 1 kupon kodunun etibarlılıq müddəti 1 aydır, abunəliyin hər yenilənməsi ilə kupon kodu da yenilənir və istifadəçi yalnız aylıq abunə haqqını uğurla ödədikdən sonra yeni kupon kodu alır.

  • Qeydlər:

    Xidmət öncədən ödənişli mobil nömrələr üçün mövcuddur.

    30 gün pulsuz istifadə müddətindən sonra aylıq abunə haqqı 7.7 AZN təşkil edəcək.

    Nömrədən abunə haqqının çıxılma tarixi, abunəliyə qoşulma tarixinə uyğun hesablanacaq.

    Abunə haqqı ödənildikdə  təqdim edilən kupon kodunun istifadə müddəti 30 gün təşkil edir. Abunəliyin yenilənmə tarixindən asılı olmayaraq hər ay yenilənən kupon kodlarını 30 gün ərzində istifadə etmək mümkündür.

    • Kupon kodu 30 gündən tez yenilənərsə, xidmətdən istifadə son yüklənmiş kuponun bitmə tarixinə uyğun olaraq hesablanacaq. .

    Abunəliyi ləğv etmək üçün:

    • STOP yazıb, 9898-ə göndər
    •  *989#0#YES yığ

    Xidmət haqqında ətraflı məlumat almaq üçün:

    • INFO yazıb, 9898-ə göndər.
    • *989*2#YES yığ

    Dil dəyişdirmək üçün müvafiq olaraq En, Ru və ya Az yazıb, 9898-ə göndər.