• Kanallara tam keyfiyyətdə baxmaq üçün nə tələb olunur?
    Kanalara tam keyfiyyətdə baxmaq üçün Nar Home avadanlığı və rəqəmsal siqnalı dəstəkləyən televizor tələb olunur.
  • Nar Home İnternet xidmətinin üstünlüyü nədədir?
    Nar Home ən son FTTB texnologiyası vasitəsilə genişzolaqlı İnternetdən yararlanmaq imkanı verən yeni bir xidmətdir.

    Nar Home xidmətinin üstünlükləri:
    • Modemə ehtiyac yoxdur
    • Telefon xəttinə ehtiyac yoxdur
    • 20 Mbit/san qədər sürətlə məlumatın yüklənməsi və ötürülməsi
    • Limitsiz istifadə paketləri
    • Kəsintisiz əlaqə
    • Simmetrik ötürmə qabiliyyətli ilk məhsul (yəni məlumatın yüklənməsi və ötürülməsi eyni sürətlə həyata keçirilir)
    • Həftənin 7 günü xidmətinizdə olan Müştəri Xidmətləri
    Nar Home-la sən bir neçə dəqiqə ərzində film yükləyə, onlayn rejimdə yüksək keyfiyyətlə video izləyə, keyfiyyətli görüntülərə malik video zənglər edə, resurslardan (musiqi, film, oyunlar) yararlana və bir çox digər müasir xidmətlərdən istifadə edə bilərsən.
     
  • FTTB texnologiyası nədir?
    FTTB (Fiber To The Building) “binayadək fiber optik kabel” anlamını verir. Başqa sözlə, optik lif bizim şəbəkə mərkəzindən yaşayış binalarına qədər çəkilir, daha sonra Ethernet vasitəsilə (xüsusi naqil istifadə olunmaqla) mənzillərə paylanır. Bu texnologiya hər bir mənzili 20/20 Mbit/san sürətlə təmin etmək üçün ən etibarlı yoldur.
    Bütün digər çəkiliş üsullarından fərqli olaraq optik lif eyni zamanda İnternetdə müxtəlif xidmətlərdən vahid kabel vasitəsilə istifadəni mümkün edir. Bu növ optik çəkiliş elektromaqnit və radio dalğalarının səbəb ola biləcəyi qüsurlardan tam müdafiə olunur. Məlumatın ötürülmə sürəti hava şəraiti və ya telefon xətti kimi amillər asılı deyil. Optik şəbəkəyə qoşulan binanın sakinləri asanlıqla FTTB istifadəçisi ola bilərlər və bunun üçün əlavə avadanlığa, yəni, modemə ehtiyac yoxdur.
    FTTB texnologiyası ilə təqdim olunan İnternetlə iş zamanı qəbul edilən və ötürülən məlumat simmetrik (eyni) sürətə malik olur və bu da öz növbəsində ADSL xidmətindən qat-qat rahatdır.
  • Bir tarifdən digərinə keçməyin hansı şərtləri var?
    Qoşulduğun tarifi aşağıdakı şərtlər daxilində dəyişə bilərsən:
    • Aylıq abunə haqqı aşağı olan tarifdən yüksək ödənişli tarifə keçid ödənişsizdir.
    • Yüksək ödənişli tarifdən az ödənişli tarifə keçid 10 AZN təşkil edir.
    • Tarif dəyişdirmə zamanı qoşulma haqqı ödənilmir.
    • Müştəri yalnız tarif dəyişdirmə və aylıq abunə haqqını ödəməlidir.
  • Nar Home İnternet xidmətlərinə necə qoşula bilərəm?
    Aşağıdakı 2 üsuldan istifadə etməklə Nar Home xidmətinə qoşulmaq mümkündür:
    • (012) 444 0 444 nömrəsindən “Müştəri xidmətləri”nə zəng vurub qeydiyyata düşərək;
    • Ərazi üzrə xidmət göstərən Nar Home satış mütəxəssisi ilə müqavilə imzalayaraq;
    Yaşadığın ünvan Nar Home xidmətinin əhatə dairəsindədirsə, müvafiq ərazi üzrə xidmət göstərən satış mütəxəssisi qısa müddətdə səninlə əlaqə saxlayacaq və lazımi sənədləşmə və ödəmə həyata keçdikdən sonra 3 iş günü ərzində evinə İnternet xətti çəkiləcək.
  • Qoşulma prosesi hansı mərhələlərdən ibarətdir?
    Xidmətə qoşulma çox sadədir və 3 mərhələdən ibarətdir:
    • Lazımi sənədləşmə və ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində Nar Home texniki qrupu əlaqə saxlayaraq quraşdırılma üçün gün təyin edir.
    • Texniki qrup təyin olunan vaxtda ünvana gələrək quraşdırılma işlərinin bəzi məqamlarını səninlə razılaşdırır (kabelin keçəcəyi yer və sahə təyin olunur) və xətti qoşur.
    • Sonda bizim texniki qrup xidmətin keyfiyyəti və sürətini yoxlayaraq müəyyən tövsiyələr edir. Xidməti qəbul etməyin barədə sənədi imzaladıqdan sonra Nar Home genişzolaqlı İnternet xidmətindən istifadə edə bilərsən.
    İnternetdən istifadə etmək üçün “Ethernet” kabelini kompüterin portuna taxmaq kifayətdir. Əgər İnternetin Wi-Fi vasitəsilə yayılmasını istəyirsənsə, onda kabeli daha əvvəllər istifadə olunan Wi-Fi yönləndiriciyə qoşmalısan. Aşağıda göstərilən istehsalçıların yönləndiricilərindən istifadə edə bilərsiniz:
    • ZyXEL
    • TP-Link
    • D-Link
    • Linksys
    • ASUS
    • Netgear
    • TRENDnet
  • Nar Home müştəri xidmətləri ilə necə əlaqə saxlayım?
    Nar Home xidmətilə bağlı yaranan bütün təklif, şikayət, sorğu və istəklərini aşağıdakı üsullarla peşəkar “Müştəri Xidmətləri Mərkəzi”mizə bildirə bilərsən:
    • (012) 444 0 444 nömrəsinə zəng etməklə;
    •  Yazılı müraciət etməklə.
    “Müştəri Xidmətləri Mərkəzi” keyfiyyətli xidmət və operativ texniki dəstək təmin etmək məqsədilə 7 gün, 24 saat fəaliyyət göstərir.​
  • İnternetin sürətini necə yoxlaya bilərəm?
    Məlumatın yükləmə və endirmə sürətini yoxlamaq üçün <a href="http://www.speedtest.net/" target="_blank">www.speedtest.net</a> saytına daxil olaraq Azerfon LLC serverini seç və testin nəticəsini gözlə.
  • Hansı ərazilərdə çəkiliş mümkündür?
    Hal-hazırda Bakı şəhərinin müəyyən hissələrində Nar Home xidməti təqdim olunur. Yaxın gələcəkdə Bakı şəhərinin bütün ərazisini xidmətimizlə əhatə etməyi planlaşdırırıq.
  • İnternetə qoşulmaq üçün öz avadanlığımdan istifadə edə bilərəm?
    Bəli, sənin WAN portuna sahib yönləndiricin varsa, rahatlıqla öz avadanlığınızdan istifadə edə bilərsən.
  • Evdə simsiz qoşulma (WiFi) olması üçün nə etməliyəm?
    Mənzil daxilində İnternet şəbəkəsinə simsiz qoşulmanı (WiFi) təmin etmənin bir neçə üsulu var. İlk olaraq, yönləndiricini (ruteri) əldə edərək düzgün quraşdırılmasını təmin etmək lazımdır. Sən istəyinə əsasən yönləndiricini istənilən mağazadan və ya şirkətimizdən əldə edə bilərsən. Şirkətimiz tərəfindən satılan yönləndiricilər (model TP-Link; TL-WR743ND) ofisimizdə artıq quraşdırılır və əlavə quraşdırmaya ehtiyac olmur, sadəcə İnternet kabeli ona birləşdirməklə evinizdə WiFi şəbəkəsi yaranır.
    Şirkət əməkdaşlarının tövsiyəsi əsasında qeyd olunan seriyalı TP-Link modemlərini sərbəst şəkildə mağazalardan əldə edə bilərsiniz:
    • TL-WR741ND
    • TL-WR743ND
    Sərbəst şəkildə əldə olunmuş modemi sən:
    • Bu keçidə daxil olaraq özün ayarlaya;
    • Nar Home ofisinə yaxınlaşaraq pulsuz quraşdıra bilərsən.
  • Əlavə hansı xidmətləri göstərirsiniz?

    Müqavilə üzrə və təmir işlərinə dair əlavə xidmətlərlə aşağıdakı cədvəldə tanış ola bilərsən:

    Xidmət Qiymət
    Çətinliyin müəyyənləşdirilməsi və yerində baxılması * 10 ₼
    Beton divarın deşilməsi 10 ₼-ə daxildir
    Adi divarın deşilməsi (kərpic, suvaq və s.)
    Avadanlığın quraşdırılması (yalnız internet bağlantısı avadanlığı)
    RJ45-in dəyişdirilməsi
    Mənzil daxilində 1 metr naqilin çəkilməsi (avadanlıq xərcləri daxil)  0.6 ₼/m
    Naqillərin yerinin dəyişdirilməsi 10 ₼ + 0.6 ₼*naqilin uzunluğu (metr ilə)
    Əlavə naqilçəkmə **
    Naqilin dəyişdirilməsi ***
    RJ45 girişinin aktiv edilməsi (əlavə işlər) 3 ₼/giriş

    *Çətinlik abunəçinin ərazisində baş verdikdə və rabitənin keyfiyyəti ilə əlaqəli olmadıqda.

    **Pulludur:

    1. çətinlik abunəçinin ərazisində baş verdikdə (mənzil/ofis/mağaza və s.);
    2. naqil abunəçininn xahişi ilə əlavə otaqdan keçirildikdə (eyvan/qonşu bina/binanın fasadı);
    3. naqil Nar-ın ikitərəfli öhdəliklərinə aid olmayan 3-cü şəxs tərəfindən zədələndikdə.

    ***Pulsuzdur:

    1. binada, abunəçiyə/qonşularına məxsus olmayan bacada/damda/digər hissələrdə yanğın olduğu halda;
    2. ev daxilində əvvəlki quraşdırma (təkrar quraşdırma) zamanı baş verən səhvlər üzündən rabitə pozulduqda (qovşaqlarda/kəsiklərdə/təçhizatçının cihazına qoşulma yerində/RG45 birləşməsində) və bu hal abunəçi tərəfindən imzalanan müvafiq aktda qeyd edildikdə.



     

  • Nar Home TV nədir?
    Nar Home rəqəmsal efir televiziyasının Avropa standartı olan dünyanın 150-dən çox ölkəsində istifadə edilən DVB-T2 (ing. Digital Video Broadcasting — Second Generation Terrestrial) texnologiyası vasitəsilə təqdim olunan rəqəmsal TV xidmətidir.
    Nar Home Sizə Naxçıvanda azərbaycan, türk, ingilis və rus dillərində olmaqla ümumilikdə 67 milli və dünya kanalına baxmaq imkanı yaradır. Bunun üçün sadəcə Nar Home DVB-T2 qəbuledicisini əldə etmək kifayətdir.
    2015-ci il dekabrın 1-dən başlayaraq Nar Home paketinə daxil edilən yalnız 12 yerli və milli kanal pulsuz yayımlanacaq. Digər kanallar pullu paketə daxil ediləcək.
  • Avadanlıq qoşulub və işlək vəziyyətə gətiriləndən sonra kanallara baxmaq mümkün deyilsə, abunəçi
    Aşağıdakı addımlar atılmalıdır:
    1. Əsas menyu-Sistem quraşdırma-Digər bölməsinə keçmək;
    2. Digər bölümündəki Antenanın gücü alt bölümünü Açıq vəziyyətinə gətirmək;
    3. Kanal axtarışını işə salmaq;
    Zavod parametrlərinə qayıt düyməsini basdıqda, yuxarıda göstərilən addımları təkrarlamaq lazımdır.
  • Nar Home adi TV-dən hansı üstünlükləri ilə fərqlənir?

    Aşağıdakı cədvəldə Analoq TV və DVB-T2 (Nar Home) arasında aparılan müqayisə təsvir olunur:

    Xüsusiyyətlər Analoq TV DVB-T2
    Daha çox TV kanal Yoxdur Var
    Keyfiyyətli görüntü Yoxdur Var
    HD kanallar Yoxdur Var
    Elektron proqram bələdçisi Yoxdur Var
    İnteraktiv xüsusiyyətlər Yoxdur Var
    Asan quraşdırma Yoxdur Var
    Kabelsiz Yoxdur Var
    Qəbuledici avadanlıq Minimal Ölçü daxilində

    Gördüyünüz kimi DVB-T2 Analoq TV ilə müqayisədə tam üstündür.

  • Onlayn ödəniş zamanı hər hansı bir problem yaranarsa nə etməli?
    Daxil edilən məlumatları bir daha yoxlamalı, doğru olduğu halda Müştəri Xidmətlərinə müraciət edilməlidir.
  • Nar Home TV xidməti hansı ərazilərdə var?
    Hal-hazırda Nar Home rəqəmsal TV xidməti yalnız Naxçıvan şəhərində təqdim olunur. Amma yüksək keyfiyyətli TV-nin Naxçıvan Muxtar Respublikasının bütün əhalisinə təqdim olunması nəzərdə tutulub.
  • Avadanlıqda nasazlıq baş verərsə hansı məntəqəyə müraciət edim?
    Bunun üçün Naxçıvan şəhərində yerləşən Nar Satış və Xidmət Mərkəzinə və ya Nar Home Satış və Xidmət Mərkəzinə müraciət edə bilərsən.
     
  • Nar Home TV xidmətlərinə qoşulmanın hansı mərhələləri var?
    Qoşulma prosesinin aşağıdakı mərhələləri var:
    • Şəxsiyyət vəsiqəsi ilə Nar Mərkəzinə yaxınlaşmaq;
    • Xidmətin aktivləşdirilməsinə dair müqavilə imzalamaq;
    • DVB-T2 dekoderi əldə etmək;
    • Qurğunu televizora qoşmaq.
  • Pullu kanalları izləmək üçün hansı cihaz lazımdır?
    Nar Home xidmətinin pullu kanallarını izləməyə yalnız bir qurğu imkan verir ki, bu da Nar Mərkəzi və mağazalarından əldə edilən DVB-T2 MPEG4 HD dekoderidir. Abunəçinin özünün DVBT-2 dekoderi olduğu təqdirdə, həmin cihazın növü, alış vaxtı və yerini müəyyənləşdirmək lazımdır. əks halda Nar Home xidmətinə uyğun gəlməyə bilər.
  • Bir insanın adına 2 qurğu almaq olarmı?
    Bəli, bir müştəri bir neçə dekoder əldə edə bilər.
  • Nar Home TV xidmətləri hansı ünvanlarda göstərilir?
    Xidmətin təqdim olunması, müqavilənin imzalanması, DVB-T2 dekoderinin alınması və daha əvvəl alınmış dekoderin yenisi ilə dəyişdirilməsi üçün Naxçıvan ş. Nar Mərkəzinə müraciət edə bilərsən: Ünvan: Təbriz küç. 1, Tədris TM ilə üzbəüz.
    Bundan başqa, müqavilənin imzalanması və DVB-T2 dekoderinin alınması üçün Nar mağazalarına da müraciət etmək mümkündür: Ünvan: Naxçıvan ş., Nizami küç. 14 və Atatürk küç. 16.
  • Texniki dəstək və zəmanətə nələr daxildir?
    Dekoder müştəriyə satılarkən kanallar yerindəcə müştərinin yanında quraşdırılır. Xidmət abunəçinin evində çalışmasa, abunəçi çətinliyini aradan qaldırmaq üçün Müştəri Xidmətlərinə zəng edə bilər və lazım olduğu təqdirdə ona ünvanı üzrə usta da göndərilə bilər (usta sorğu qeydiyyata alınandan 2 gün ərzinə gəlir);
    • Hal-hazırda evə usta çağırışı xidməti pulsuzdur;
    • Avadanlığın hər hansı istehsal qüsuru olduğu təqdirdə yenisi ilə pulsuz əvəz olunur. Abunəçi cihazı özü korlayıbsa, tam qiymətini ödəməklə yenisini alır;
    • Cihazın ehtiyat hissələri dəyişdirilmir;
    • Zəmanət müqaviləsi qurğunun alışı zamanı imzalanır. Zəmanət müddəti də müvafiq olaraq 6 ay təşkil edir;
    • Qurğu xarab olduğu halda Nar Mərkəzinə müraciət olunmalıdır.
  • Hansı quraşdırma işləri görülməlidir?

    Quraşdırma zamanı UHF antena, DVB-T2 qəbuledici və cihazlar arasında əlaqəni təmin etmək üçün xüsusi növ kabeldən istifadə olunur. Koaksial (ümumi oxlu) kabel siqnalı UHF antenadan DVB-T2 qəbuledicisinə ötürür. Daha sonra isə qəbuledici AV və ya HDMI kabel vasitəsilə televizora qoşulur. Əgər televizorunuzun HDMI çıxışı varsa, daha keyfiyyətli görüntü üçün, HDMI kabeldən istifadə etməyiniz tövsiyə olunur.

  • Müştəri xidmətləri” ilə necə əlaqə saxlayım?
    Müştəri Xidmətimizlə həftənin 7 günü, 24 saat əlaqə saxlamaq mümkündür. Nar Home xidmətilə bağlı (qiymət, quraşdırma və s.) sualların olarsa:
    • Nar nömrələrindən 744 qısa nömrəsinə;
    • Şəhər nömrələrindən və digər operatorlardan (036) 55 00 744 nömrəsinə zəng edə bilərsən.