• “Buraxılmış zəng” xidmətdən rominqdə istifadə etmək mümkündürmü?
    “Buraxılmış zəng” xidmətindən rominqdə olduğunuz zaman da istifadə mümkündür, lakin bu halda sizə zəng edən şəxsin telefon nömrəsinin düzgün müəyyən edilməsinə zəmanət verilmir.
  • ​“Buraxılmış zəng” xidmətinin hansı üstünlükləri var?
    Xidmətin üstünlüklərindən biri odur ki, telefonunuza zəng çatmadığı müddətdə sizə edilən zənglər sistem tərəfindən yoxlanılır və telefonunuz artıq zəngləri qəbul etdikdə sizə daha öncə zəng etmiş şəxslərə müvafiq bildiriş göndərilir. Bildirişdə telefonunuzun zəngləri artıq qəbul etməsi barədə məlumat və nömrəniz qeyd olunur.
  • Hansı istiqamətlərdə videozəng etmək mümkündür?
    • Videozənglərdən ölkədaxili bütün istiqamətlərdə istifadə etmək mümkündür.
    • Rominqdə olduğunuz zaman da videozəng xidmətindən istifadə edə bilərsiniz, lakin bunun üçün telefonunuzun qoşulduğu xarici mobil operator da videozəng xidmətini dəstəkləməlidir.
    • Beynəlxalq zənglər zamanı videozəng mümkün deyil.
  • Nar nömrəmlə etdiyim zənglər və s. barədə necə çıxarış əldə edə bilərəm?

    Nar abunəçiləri istədikləri zaman zənglərin açıqlanması, birdəfəlik İzahlı qaimə, eləcə də istifadə etdikləri xidmətlərin açıqlanmasını əldə edə bilərlər.

    İzahlı qaimə təqvim ayından asılı olaraq maksimum 31 gün üçün verilir və əməliyyatın qiyməti 3 AZN təşkil edir. İzahlı qaimə son 6 ay üçün tələb edilə bilər.
    Xidmətdən istifadə etmək üçün göstərilən sənədlər lazımdır:

    Fiziki şəxs müraciət etdikdə:

    • Şəxsiyyətini təsdiq edən sənəd;
    • Əgər abunəçi müraciət edə bilmirsə əməliyyatı notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə həyata keçirə bilər. Etibarnamədə mütləq şəkildə üzərində əməliyyat keçirələcək nömrə qeyd edilməlidir.

    Hüquqi şəxs müraciət etdikdə:

    • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd;
    • Hüquqi şəxsin adından şirkətin firma blankında istəyi əks etdirən məktub və səlahiyyətli nümayəndəyə verilmiş etibarnamə. Rəsmi məktubda mütləq şəkildə üzərində əməliyyat keçirələcək nömrə qeyd edilməlidir.
  • Nar nömrəmin SIM kartını dəyişib yeniləyə bilərəm?
    Bəli, bunun üçün sadəcə müəyyən sənədlərlə Nar satış və xidmət mərkəzinə yaxınlaşmağınız kifayətdir.

    Fiziki şəxslər:
    • Şəxsiyyəti təsdiq edən sənəd;
    • Abunəçi müraciət edə bilmədikdə əməliyyatı notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə həyata keçirə bilər. Etibarnamədə mütləq şəkildə üzərində əməliyyat keçirələcək nömrə qeyd edilməlidir.
    Hüquqi şəxslər:
    • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd;
    • Hüquqi şəxsin adından şirkətin firma blankında istəyi əks etdirən məktub və səlahiyyətli nümayəndəyə verilmiş etibarnamə təqdim edilməlidir. Rəsmi məktubda mütləq şəkildə üzərində əməliyyat keçirələcək nömrə qeyd edilməlidir.
    Qeyd:
    • Üzərində göstərilən etibarlıq müddəti bitmiş hər hansı bir sənədlə əməliyyat icra oluna bilməz.
    • Öncədən ödənişli nömrələr üçün SIM kart dəyişikliyi əməliyyatının qiyməti 3 AZN-dir.
  • Nar nömrəmi başqa ada keçirmək üçün hansı sənədlər lazımdır?
    Nömrə fiziki şəxsin adından fiziki şəxsin adına keçirilirsə,
    • Hər iki şəxs şəxsiyyətini təsdiq edən sənədlə Nar satış və xidmət mərkəzinə müraciət etməlidir;
    • Əgər şəxslərdən biri şəxsən müraciət edə bilmirsə əməliyyatı notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə həyata keçirə bilər. Etibarnamədə mütləq şəkildə üzərində əməliyyat keçirələcək nömrə qeyd edilməlidir.

    Əməliyyatda ən azı bir tərəf hüquqi şəxs olarsa,
    • Hər iki şəxs şəxsiyyətini təsdiq edən sənədlə Nar satış və xidmət mərkəzinə müraciət etməlidir
    • Hüquqi şəxsin adından müraciət edən səlahiyyətli nümayəndə şirkətin firma blankında istəyi əks etdirən məktub və etibarnamə təqdim etməlidir. Rəsmi məktubda mütləq şəkildə üzərində əməliyyat keçirələcək nömrə qeyd edilməlidir.
  • Nar nömrəmi başqa bir adamın adına keçirə bilərəm?
    Bəli, Nar nömrəni istədiyin şəxsin adına keçirə bilərsən. Qeyd edək ki, bu əməliyyat yalnız Nar satış və xidmət mərkəzlərində həyata keçirilir. Xidmətdən istifadə haqqı 4 AZN təşkil edir.
  • Nömrəmi Nar-a keçirsəm hansı üstünlüklər əldə edirəm?
    Nar-da səni sərfəli tariflər, faydalı kampaniyalar və üstün xidmətlərlə yanaşı, yeni abunəçilərimiz üçün nəzərdə tutulan “Xoş gəlmisiniz!kampaniyası çərçivəsində 3 AZN bonus gözləyir.
  • Nömrəmi Nar-a daşıdıqda balansım olduğu kimi qalır?
    Xeyr, nömrəniz daşındığında balansınız sıfırlanır.
  • Nömrəmi Nar-a keçirdikdə ilk tarifim hansı olacaq?

    Mobil nömrə daşınması çərçivəsində Nar-a keçən abunəçilər ilkin olaraq  Super 0, Limitsiz, 3-ü 1-də aylıq tariflərindən birini seçə bilərlər. Sən istədiyin zaman tarifi dəyişə bilərsən. Tariflər haqqında ətraflı məlumatı buradan əldə edə bilərsən.

  • Hansı səbəblərdən mobil nömrə daşınması xidmətindən yararlanmaq mümkün olmur?

    İmtina səbəbləri:

    • Daşınması tələb olunan nömrənin sahibi rəsmi istifadəçi olmadıqda
    • Abunəçi barədə məlumatlarda səhv olduqda (Hərf/rəqəm səhvi olduqda abunəçi məlumat düzəlişi üçün cari/donor operatora yaxınlaşmalıdır).
    • Daşınması tələb olunan nömrə üzrə borc olduqda.
    • Daşınması tələb olunan nömrə ləğv olduqda vəya abunə müqaviləsi dayandırıldıqda
    • Daşınması tələb olunan nömrə cari/donor operator şəbəkəsində ən az 3 ay (90 gün) aktiv olmadıqda
    • Cari/donor operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda

    Məhdudiyyətlər:

    • Təkrar nömrə daşınması əməliyyatı yalnız 90 gündən bir həyata keçirilə bilər.
    • Nömrə addan-ada keçirilibsə, həmin nömrə əməliyyatdan 90 gün sonra daşına bilər
    • Daşınmış nömrədə addan-ada əməliyyatı icra oluna bilməz.
    • Nömrə daşınması istəyi qeyd ediləndən sonra həmin nömrədə borc yarandığı təqdirdə, daşınma prosesi borc məbləği ödənilənə qədər verici operator tərəfindən dayandırıla bilər.
    • Yalnız səsli xidmətlər üçün olan nömrələr daşına bilər, data (İnternet) nömrənin daşınması mümkün deyil.
    • Abunəçi daşınmış nömrəni hər iki mobil operator şəbəkəsində istifadə edə bilməz.
  • Mobil nömrə daşınması xidmətindən kimlər istifadə edə bilər?
    Azərbaycan Respublikası vətəndaşı və 18 yaşından yuxarı olan nömrə sahibləri bu xidmətdən yararlana bilərlər.
  • Mobil nömrə daşınması xidmətindən istifadə haqqı nə qədərdir?
    Xidmətdən istifadə üçün ödəniş tələb olunmur.
  • Mobil nömrə daşınması üçün hansı sənədlər tələb olunur?

    Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

    Fiziki şəxslər üçün:

    • Şəxsiyyət vəsiqəsi (AR vətəndaşı);
    • Zabitin/miçmanın şəxsi vəsiqəsi (AR vətəndaşı);
    • Əcnəbi vətəndaşın şəxsiyyət vəsiqəsi (miqrasiya orqanları tərəfindən təqdim olunur; xarici vətəndaş).
    Hüquqi şəxslər üçün:
    • Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə (surəti);
    • Vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə, VÖEN (surəti);
    • Hüquqi şəxs tərəfindən təqdim edilən məktub/etibarnamə (etibarnamə müraciət edən şəxsin adına yazılmalıdır)
    • Hüquqi şəxsin möhürü.
    Qeyd: Bütün sənədlərin etibarlıq müddəti bitməmiş əsli (nüsxəsi qəbul edilmir) təqdim edilməlidir. Yuxarıda sadalanan sənədlərdən istənilən birini təqdim etmək kifayətdir.
  • Mobil nömrə daşınması necə həyata keçirilir?
    Bunun üçün ilk öncə Nar satış və xidmət mərkəzinə gələrək tələb olunan sənədləri təqdim etməyin gərəkdir. Verilən formanı doldurduqdan və müqaviləni imzaladıqdan sonra sənə pulsuz SIM kart verilir. Bu SIM kart, daşınma əməliyyatı yekunlaşdıqdan sonra aktivləşir.
    Nömrən 3-cü iş günü (fors major hallar istisna olmaqla) müddətində Nar-a daşınır və 1 gün əvvəl sənə bu barədə xəbərdarlıq edilir. Daşınma yekunlaşarkən, hər iki SIM kartın (köhnə və təzə) 1 saata yaxın müddətdə işləməyəcək.
    Bu qədər - Nar-a xoş gəlmisən!
  • Balansımı necə yoxlayım?
    Bunun üçün sadəcə *100#YES şifrəsini yığmağın və ya B yazaraq 777-ə SMS göndərməyin kifayətdir. Göndərilən hər sorğu üçün 0.01 AZN çıxılır.
    Bonuslar haqqında məlumat əldə etmək üçün isə *777#20#YES şifrəsini yığmaq və ya I yazıb 777-yə mesaj göndərmək gərəkdir.
  • Balansa yatırdığım məbləğin istifadə müddətini necə öyrənim?

    Nar satış və xidmət mərkəzlərində, müvəkkil banklarda, POS-terminallarda, plastik kartla və ya Nar kart vasitəsilə həyata keçirilən ödənişlərin (minimal 1 AZN) istifadə müddəti ilə aşağıdakı cədvəldə tanış ola bilərsən:

    Ödənişin məbləği İstifadə müddəti
    0.10 - 0.99 AZN 1 gün
    1.00 - 1.99 AZN 10 gün
    2.00 - 4.99 AZN 25 gün
    5.00 - 9.99 AZN 50 gün
    10 - 19.99 AZN 90 gün
    20.00 - 49.99 AZN 165 gün
    50 AZN-dən çox 245 gün

    Ödənişin istifadə müddəti bitdikdən sonrakı 90 gün ərzində heç bir balans artırılması həyata keçirilmədiyi halda, Nar nömrəsinə xidmət göstərilməsi dayandırılır. Xidmətin bərpa edilməsi üçün müəyyən olunmuş 90 gün ərzində (və ya abunəçi ilə bağlanmış müqavilədə nəzərdə tutulan digər müddət ərzində) balansı artırmaq kifayətdir. Göstərilən müddətin bitməsinə qədər Nar kart aktivləşdirilmədiyi və ya növbəti ödəniş həyata keçirilmədiyi təqdirdə, Nar nömrəsi və abunəçinin müqaviləsi ləğv olunur.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox