• 4G qiymətləri fərqlidirmi?
    Heç bir qiymət fərqi yoxdur. Qiymətlər 2G/3G şəbəkəsində olduğu kimidir. Məsələn, siz İnternet paketlərindən 4G şəbəkəsində də eyni qiymətə istifadə edə bilərsiniz
  • Turbo paketlərin avtomatik aktivləşməsindən necə imtina etmək olar?

    Turbo paketinin avtomatik aktivləşməsindən imtina etmək üçün STOP sözünü yazıb SMS ilə 777-ə göndərmək və ya *777#0#YES şifrəsini yığmaq kifayətdir. Lakin, növbəti dəfə Turbo paketi sifariş edildikdə, bu xidmət yenidən aktivləşir.

  • İstifadə müddəti bitikdən sonra Turbo paketləri avtomatik aktivləşirmi?
    • Sonuncu sifariş edilmiş Turbo paketinin istifadə müddəti bitdiyi halda və balansda kifayət qədər məbləğ olduğu zaman eyni paket avtomatik olaraq yenidən aktivləşir.
    • Balansda kifayət qədər məbləğ olmadığı zaman, sonuncu sifariş olunmuş Turbo paketinin avtomatik aktivləşdirilməsi təxirə salınır və balansda kifayət qədər məbləğ olduğu zaman xidmət yenidən aktivləşir.
  • Turbo paketlərinin etibarlılıq müddəti nə qədərdir?
    Turbo XS və S paketlərindən başqa bütün Turbo paketlərin istifadə müddəti 30 gündür. Turbo XS paketinin etibarlılıq müddəti 15 gün, Turbo S paketinin etibarlılıq müddəti isə 20 gün təşkil edir.
  • Turbo paketlərində əsas yeniliklər və üstünlüklər hansılardır?

    Turbo paketlərlə daha sərfəli qiymətə daha çox çeşidli İnternet paketlərindən istifadə edə bilərsən

    • Bütün Turbo paketləri limitsizdir.Paket bitdikdən sonra belə trafikin istifadə müddəti bitənə qədər pulsuz olaraq İnternetdən istifadə etməyə davam etmək olar.
    • Ədalətli istifadə” siyasətinə uyğun olaraq paket daxilində trafik sərf olunduqda sürət saniyədə maksimum 64 Kb-ə çata bilər.Turbo XL, Turbo 2XL və Turbo 3XL paketlərində gündüz (pik saatlar: 08:00-23:59) trafiki bitənə qədər pulsuz olaraq maksimum sürətdə məhdudiyyətsiz gecə (qeyri-pik saatlar: 00:00-07:59) trafikindən istifadə edə bilərsən.
    • 07.05.2018 tarixindən etibarən bütün Turbo internet paketlərində WhatsApp (yalnız yazılı mesajlar) pulsuzdur.
  • Nar 4G harada tutur?
    Nar 4G şəbəkəsi ilkin mərhələdə Bakı, Abşeron, Gəncə, Quba, Qusar (Şahdağ daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran şəhərində mövcuddur, lakin qısa zamanda genişlənərək digər şəhər və rayonları da əhatə edəcəyi planlaşdırılır.
  • Nar-ın 4G İnternetini smartfonumda necə aktivləşdirim?
    Bunun üçün 4G dəstəkləyən cihazının olmağı və bizim 4G əhatə dairəmizdə olmağın kifayətdir. Bəzi cihazlarda 4G şəbəkə avtomatik olaraq aktivləşmir, belə olduqda cihazın “Ayarlar” bölməsindən 4G şəbəkəni özün seçməlisən. Şəbəkəni seçdikdən sonra telefonu söndürüb yandırmağın tövsiyə olunur.
  • “Nar 4G”, “Nar 3G+” dəstləri və “Giqabayt+” paketində İnternet trafikin qalığını necə yoxlayım?
    Bunun üçün modem və ya planşetin içindəki data SIM kartı çıxarıb telefona taxmaq və ekranda *777#22#YES şifrəsini yığmaq, ya da “S” yazıb 777-ə SMS göndərmək kifayətdir.
  • “Turbo” və “Günlük” paketlərdən rominqdə olarkən yararlanmaq mümkündür?
    Xeyr, “Turbo” və “Günlük” paketlər yalnız ölkə daxilində istifadə üçün nəzərdə tutulub.
  • İnternet paketimdəki qalığı necə yoxlaya bilərəm?
    Bunun üçün sən:
  • “CavanNar” tarifindəki İnternet trafikim ola-ola “Turbo” paket sifariş edə bilərəm?
    Bəli, bu mümkündür. Bonusların sərf olunma ardıcıllığı paketin bitmə tarixinə əsasən dəyişilir. Yəni, istifadə müddəti qısa olan paket birinci istifadə edilir
  • Nar İnterneti hansı əraziləri əhatə edir?
    Nar-ın müxtəlif İnternet şəbəkələrinin əhatə dairəsi ilə burada tanış ola bilərsən.
  • İnternet cihazlarından istifadə üçün drayverləri necə əldə edim?

    Müvafiq cihazı və əməliyyat sistemini seçməklə modem və kompüterin üçün aşağıdakı drayverləri yükləyə bilərsən:

    Cihaz Əməliyyat Sistemi

    Proqram yenilənməsi
    və Drayver

    Nar 3G+ modem MS Windows 8, Linux Ubuntu 12.04, MacOS 10.8 Yüklə
    MS Windows(2000 SP4, XP SP2 və üstü, Vista, 7, 8) Yüklə
    VMC modem Microsoft Windows (2000 SP4, XP SP2 və yuxarı, Vista, 7) Yüklə
    Mac Yüklə
  • Telefonumda İnterneti necə aktiv edim?

    Aldığın nömrəni aktivləşdirdikdə, mobil telefon uçun internet ayarlarini aşağıdakı üsullar vasitəsilə əldə edə bilərsən:
    - "S" hərfini 721 qısa nömrəsinə göndərməklə;
    - Telefonun “Ayarlar” bölməsinə daxil olaraq aşağıdakıları daxil edərək:

    Ad: nar
    APN: nar
    APN növü: default

    Andorid, iOS və Blacberry smartfonları üçün İnternet ayarlarını təlimat videolarımızdan öyrənə bilərsən.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox