Günlük internet paketinin balansını yoxlamaq üçün:
Əlavə:
- Günlük 50 qəpik paketinin etibarlılıq müddəti aktivləşdirildiyi gün saat 23:59:59-da bitir. Bu zaman aldığın paket çərçivəsində istifadə olunmamış trafik qalığı sıfırlanır və balansda kifayət qədər məbləğ olduğu zaman eyni paket avtomatik olaraq yenidən aktivləşir.
- Günlük 50 qəpik paketini gün ərzində istənilən qədər sifariş etmək mümkündür. Cari paketin interneti bitmədiyi halda, yeni paket sifariş olunarsa, hər iki paketin meqabaytları cəmlənəcək. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra, yalnız sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.
- Balansda kifayət qədər məbləğ olmadığı zaman, sonuncu sifariş olunmuş Günlük 50 qəpik paketinin avtomatik aktivləşdirilməsi təxirə salınır və balansda kifayət qədər məbləğ olduğu zaman paket yenidən aktivləşir.
- Hesablanma intervalı 64 kb-dır.
- Günlük 50 qəpik paketinə daxil olan internet trafiki bitdikdə, sonrakı internet trafik üçün hesablanma cari tarifin şərtlərinə uyğun olaraq aparılacaqdır.
- Bu paket kommersiya məqsədləri üçün deyil və yalnız şəxsi istifadə üçün nəzərdə tutulub.
- Paketi SMS vasitəsilə aktiv və ya deaktiv edən zaman, tarifin şərtlərinə uyğun olaraq 1 SMS haqqı çıxılır.
Cari Günlük internet paketindən imtina etmək üçün: