eNezaret

eNezaret

Balansını asanlıqla yoxla və idarə et!

"eNəzarət" xidməti sənə smartfon, planşet və ya kompüterlə İnternetə daxil olarkən heç bir səhifəyə keçid etmədən balansın haqqında məlumat əldə etmək, İnternet paketləri sifariş vermək, balansınızı onlayn və ya ödəniş kartıyla artırmaq və Nar-ın digər xidmətlərindən istifadə etmək imkanı yaradır.


Smartfon, planşet və ya kompüterinizlə İnternetə daxil olarkən heç bir səhifəyə keçid etmədən balansınız haqqında məlumat əldə edə, İnternet paketləri sifariş verə, balansınızı artıra və Nar-ın digər xidmətlərindən istifadə edə bilərsiniz.

Təqdim olunan məlumatlar:

  • Balans haqqında məlumat
  • İnternet paketinin qalığı
  • İstifadə etdiyiniz nömrə

Təqdim olunan xidmətlər:

  • İnternet paketlərinin sifarişi
  • Balansın onlayn və ödəniş kartıyla artırılması

Qeyd:

  • eNəzarət xidməti yalnız HTTP tipli saytlarında işləyir.
  • Xidmətin nömrənizdə mövcudluğu barəsində məlumat əldə etmək üçün:
    • Müştəri Xidmətlərinə zəng edə bilərsiniz
    • Sosial şəbəkələrdə (FacebookTwitter) yaza bilərsiniz.


eNəzarət xidmətindən istifadə etmək üçün brauzerin sağ üst küncündəki Nar loqosuna klikləyin:

Nar loqosuna kliklədikdə eNəzarət açılır. Sizə əsas səhifədə ödəniş və hesabınızın idarəsi üçün keçidlər təqdim olunur. Eyni zamanda buradan paket sifariş edə və menyunu tənzimləyə bilərsiniz:

Menyu ilə daha yaxından tanış olaq:

Balansınızı artırmağı seçdikdə sizə həm Nar Kart (ödəmə kartı) həm də onlayn ödəniş üçün (Golden Pay və AzeriCard vasitəsilə) seçimlər təqdim olunur:

Əsas səhifədən Hesabım bölməsinə daxil olaraq  siz nömrəniz, cari balansınız və İnternet trafikinizin qalığı haqqında məlumat ala bilərsiniz. Balansınızı əsas səhifədəki düyməyə klik etməklə öyrənə bilərsiniz. 
Qeyd: Balansın sistemdə yenilənməsi 5 dəqiqədən bir baş verir. Buna görə də balansı yoxlamaq üçün əsas səhifədəki düyməyə göstərilən vaxtdan 5 dəqiqə sonra klik etməyinizi tövsiyə edirik.

Əsas səhifədə və ya Hesabım bölməsində “Paketi aktivləşdir” seçimini etməklə siz istifadə etdiyiniz nömrə üçün İnternet paketi sifariş edə bilərsiniz. “Paket Sifarişi” səhifəsində sizə təklif olunan paketlərin qiyməti, həcmi, istifadə müddəti haqqında məlumat təqdim olunur. Siz buradan bir kliklə istədiyiniz İnternet paketini sifariş edə bilərsiniz:

Əsas menyudan "Ayarlar" bölümünə keçərək siz eNəzarət-i 10 dəqiqəlik və ya yalnızca istifadə etdiyiniz səhifədə deaktiv edə bilərsiniz.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox